Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vergili
Publi Vergili Maron (15 oktyabr e.ə. 70 – 21 sentyabr e.ə. 19, Brindizi, İtaliya[d], Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şair. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır. Vergilinin üç əsəri çox məşhurdur: "Ekloqlar" "Georgikilər" "Eneida" Vergili Roma yaxınlığında And kəndində varlı ailədə anadan olmuşdur. Sonralar əmlakının böyük bir hissəsini itirən şairə bunları geri almağa imperator Oktavian Avqust və Messenat kömək etmişdir. Buna görə də onun əsərlərində xüsusilə də bukolikalarında onlar mədh edilir. Bu Vergilinin ilk kitabıdır.
Əzgilli
Əzgilli (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Əzgilli (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əzgilli burun — Kəlbəcər rayonunda dağ. Əzgilli dağ — Qubadlı, Qəbələ Laçın, Xocavənd rayonlarında dağ. Əzgilli dərə — Ağsu, Qəbələ, Gədəbəy, Tovuz, Şəmkir, Şuşa rayonlarında dərə. Əzgilli dərə boğazı — Gədəbəy rayonunda dağ. Əzgilli düz — Qubadlı rayonunun Göyərcik kəndi ərazisində düz. Əzgilli təpə — Qəbələ rayonunun Nic kəndi ərazisində yüksəklik.
Beqqer dərgili
İvo Perilli
İvo Perilli (it. Ivo Perili, 10 aprel 1902 - 24 noyabr 1994, Roma, İtaliya) - İtaliya ssenaristidir. 1933-1977 illər arasında 54 filmin ssenarisini yazmışdır.
Əzgilli (Göygöl)
Əzgili — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır; Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Əzgilli (Zaqatala)
Əzgilli — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qalal və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Publi Vergili Maron
Publi Vergili Maron (15 oktyabr e.ə. 70 – 21 sentyabr e.ə. 19, Brindizi, İtaliya[d], Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şair. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır. Vergilinin üç əsəri çox məşhurdur: "Ekloqlar" "Georgikilər" "Eneida" Vergili Roma yaxınlığında And kəndində varlı ailədə anadan olmuşdur. Sonralar əmlakının böyük bir hissəsini itirən şairə bunları geri almağa imperator Oktavian Avqust və Messenat kömək etmişdir. Buna görə də onun əsərlərində xüsusilə də bukolikalarında onlar mədh edilir. Bu Vergilinin ilk kitabıdır.
Dante və Vergili Cəhənnəmdə
Dante və Vergili Cəhənnəmdə (ing. Dante And Virgil in Hell, fr. Dante et Virgille en Enfe) — Vilyam Buqro ən məşhur əsərlərindən biri. Əsər 1850-ci ildə Parisdə tamamlanmışdır. Əsərdə tanınmış şairlər Dante Aligyeri və Vergili Cəhənnəmdə baş verən hadisələri heyrətlə seyr edərkən təsvir edilmişdir. Tablonun mərkəzində vampirizm - bir oğlanın qanını soran başqa bir oğlan təsvir edilmişdir. Arxada isə odda yanan müxtəlif insanlar və onları izləyən qanadlı eybəcər məxluq göstərilmişdir. Əsər 2005-ci ildə rejissor Yuv Bollun çəkdiyi fantastik qorxu filmi BladReynin preambulasında istifadə edilmişdir. == Sərgilərdə == Salon, Paris, Fransa, 1850 Vilyam Buqro: 1825 - 1925, Paris Fransa, 1984 Vilyam Buqro: 1825 - 1925, Monreal, Kanada, 1984 Vilyam Buqro: 1825 - 1925, Hardford, ABŞ, 1984 == Ədəbiyyat == Crespelle Jean-Paul, Les Maîtres de la belle époque, Paris, 1966 Adhémar Hélène [sous la direction de], Chronologie Impressionniste : 1803—1905, Paris, 1981 Gaudieri Alexander V. J. — Burollet Thérèse — Atkinson Tracy, William Bouguereau 1825—1905 [cat. exp.], Paris, 1984 Compin Isabelle — Roquebert Anne, Catalogue sommaire illustré des peintures du musée du Louvre et du musée d’Orsay, Paris, 1986 Compin Isabelle — Lacambre Geneviève — Roquebert Anne, Musée d’Orsay.