Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meydancıq
Meydancıq (Arpaçay)
Meydancıq (Arpaçay)
Meydancıq (türk. Meydancık) — Qars ilinin Arpaçay ilçəsində kənd. Kənd əhalisi Oğuzlardan olan Azərbaycanlılardır. Kənd əhalisi əsasən 1918-ci ildə Göyçə mahalındakı erməni qırğınlarından canını sağ qurtaran azərbaycanlılar Türkiyəyə keçərək Arpaçayın sahilindəki Meydancıq kəndində məskunlaşanlardır. Köç edən əhalinin bir hissəsi Qars vilayətinin müxtəlif nahiyələrinə səpələnmişlər. Kənddə ibtidai məktəb fəaliyyət göstərir. İçməli su şəbəkəsi yoxdur, Sanitariya qovşağı quraşdırılımışdır. Kəndin asfalt yolu, daimi elektriki və telefon qovşağı vardır. Kənd Qars ilindən 45;km, Arpaçay ilindən isə 3;km məsafədədir. Abbas Göyçə (türk.
Meydancıq (Məlikan)
Meydancıq (fars. ميدانجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.993 nəfər yaşayır (482 ailə).
Meydancıq (Sərab)
Meydancıq (fars. ميدانجيقكل‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (26 ailə).
Vəhşi heyvanın rəqəmi
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.