Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hidrobiont
Hidrobiont — suda yaşayan orqanizm. Su mühitinin sıxlığı hava mühitinə nisbətən orta hesabla 800 dəfə çox olur. Suyun sıxlığından asılı olaraq heyvanların suda hərəkəti təkmilləşmişdir. Paleontoloji materiallara əsasən Yer səthində həyatın inkişafı ilk dəfə suda başlamışdır. Lakin su şəraitində heyvanların proqressiv inkişafı balıqlar sinfindən yuxarı gedə bilməmişdir. İlk su heyvanları içərisində onurğalı heyvanların ali qruplarının olmaması, əsasən suda havaya nisbətən həll olmuş oksikenin 30 dəfə az olması ilə izah edilir. Əcdadı suda yaşamış quruda yaşayan ali heyvan siniflərinin bəzi nümayəndələri təkamül prosesi zamanı ikinci dəfə su həyatına keçmişlər. Bu çür ikinci su heyvanlarına pərayaqlılar, balinalar, sirenlər, bəzi sürünənlər, böcəklər, taxtabitilər, ağciyərlə tənəffüs edən bəzi molyusklar daxildir. Onlarda oksikenlə tənəffüsetmə xüsusiyyəti qalmışdır. Təkamül prosesində su mühitində yaşayan orqanizmlər bir-birindən bir sıra əlamətlərilə fərqlənən üç əsas ekoloji mühitdə (plankton, bentos, neyston) yaşamağa uyğunlaşmışlar.