Jaruqa Hidroelektrik Stansiyası
Yaruqa Hidroelektrik Stansiyası — Xorvatiyada, Krka çayı üzərində Dalmasiyanın Şibenik-Knin rayonunda yerləşən hidroelektrik stansiyası.
Bu elektrik stansiyası Xorvatiyada ilk alternativ enerji mənbəyi olmuşdur. Stansiyasının qurulma məqsədi Şibernikdə küçə lampalarını elektriklə təmin etmək olub. Beləlilə, sözügedən yaşayış məntəqəsi daha çox alternativ enerji mənbəyi ilə işləyən şəhər ünvanını qazanmışdır.
== Tarixi ==
Yaruqa dünyanın ən yaşlı energetika obyektlərindən biridir. Onun bugünkü yerləşmə yeri 1903-cü ilə aid edilir. Stansiya özü isə 1895-ci ildə yaxınlıqda yerləşən başqa bir ərazidən köçürülüb.
1893-cü ildə Şibernik bələdiyyə sədri Ante Şupuk və Vjekoslav Meyxsner tədqiqatlara başladı və Krka çayının suyundan istifadə etmək üçün lisenziya aldılar. 1894-cü ildə elektrik ilə küçələri işıqlandırmağa başlamaq, bələdiyyə ərazisi hüdudları daxilində elektrik xətləri inşa etmək üçün icazə aldılar. Yaruqanın tikintisinə 1894-cü ildə başlanıldı və 16 ay davam etdi.