Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sükan hidrogücləndiricisi
Sükan hidrogücləndiricisi - sükan idarə mexanizminin tərkib hissəi olub, avtomobilin hidravlik sistemi vasitəsilə hərəkət zamanı avtomobilin idarə olunmasını asanlaşdırır və əksəlaqəni saxlayaraq verilmiş trayektoriya üzrə hərəkətin stabilliyini təmin edir. Sükan hidrogücləndiricisi elə quraşdırılmışdır ki, onun sıradan çıxması zamanı sükanın idarə edilməsi pozulmayır, bu halda sükan sadəcə ağır işləyir. Hidrogücləndirici özündə qapalı hidravlik sistemi təsvir edir. Buraya nasos, təzyiq tənzimləyicisi, hidravlik maye qabı, ventili və hidrosilindri idarəedən siistem daxildirlər. Avtomobilin mühərrikindən hərəkət alan nasos, mayeni lazımi səviyyədə saxlayan təzyiq tənzimləyicisi və maye qabı hidrogücləndiricidə təzyiq meyillənməsini stabilləşdirməyə xidmət edir. İkitərəfli gücləndirici hidrosilindr müasir avtomobillrdə adətən sükanın idarə sistemindəki darağa birləşdirilir və onun hərəkətinə güc verir. Ventil sükan valına bərkidilir və ona düşən momentə uyğun reaksiya verir. Sükanın dönmə hərəkətini ventilin işləməsinə çevirmək üçün çoxlu sayda üsullar mövcuddur. Bunların əksəriyyəti valda hərəkətli hissənin yerləşdirilməsinə əsaslanır. Müasir avtomobillərdə valın hərəkətli hissəsi rolunu torsion oynayır.