Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Natrium-hidrokarbonat
Natrium-hidrokarbonat (Natrium-bikarbonat, İçməli soda, Çay sodası, Ərzaq sodası) - Karbonat turşusunun turş natrium duzudur. Kimyəvi formulu NaHCO3 kimidir. Ağ narın kristal maddədir. Spirtsiz içkilər, qənnadı və çörək-bulka məmulatı istehsalında, əczaçılıqda, tibdə işlədilir. Ərzaq sodası 50oC-yə yaxın temperaturda karbon qazı (CO2) çıxarmağa başlayır. 100-150oC-də isə tamam parçalanaraq Na2CO3-ə çevrilir. Suda məhlulları zəif qələvi reaksiyalıdır. Dəriyə turşu düşdükdə turşu dəyən yerlər natrium-hidrokarbonat məhlulu ilə yuyulur. Natrium-hidrokarbonat insan orqanizmində turşuluğu azaltdığından (PH-ı artırdığından) bir çox xəstəliklərin (iltihabi xəstəliklər, xərçəng və s.) müalicəsində istifadə olunur. Soda Canan Karatay: Hastalık savar sodyum bikarbonat!!!