Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hinduşka
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Adi hinduşka
Hinduşah Naxçıvani
Hinduşah Naxçıvani (tam adı: Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani; 1245, Xarabagilan, Ordubad rayonu – 1328) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.Alim Elxanilər dövründə mühüm vəzifələrdə çalışmış, ərəb, türk və fars dillərini mükəmməl bilmiş, şeirlər yazmış, fars dilində nəsrin ən yaxşı nümunələrini yaratmışdır. Onun fars dilində yazdığı "Təcarüb əs-sələf" ("Sələflərin təcrübələri") əsəri Azərbaycanın və bəzi Yaxın Şərq ölkələrinin ictimai-siyasi tarixinə həsr olunmuşdur. Alimin yazdığı "Sihah əl-Əcəm" ("Əcəmin etibarlısı", "mötəbəri") əsərində 4000 sözü əhatə edən farsca-türkcə (azərbaycanca), fars dilinin Azərbaycan (türk) və ərəb dillərində izah olunan ilk qrammatikası verilmişdir. Məhəmməd ibn Hinduşah Naxçıvani "Dəstur əl-katib fi təyin əl-məratib" ("Dərəcələrin təyinində katibin göstərişləri") əsərinin müəllifidir. == Həyatı == Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xaraba Gilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar. Hinduşah təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan "Müstənsəriyyə"də almışdır. O, burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur. İlk Elxanilər zamanında Hinduşah maliyyə idarəçiliyində iştirak edir və bir çox vilayətlərin hakimi təyin olunur.
Məhəmməd ibn Hinduşah Naxçıvani

Hindustan
Hindustan (hind हिन्दुस्तान Hindustān, urdu ہندوستان Hindostān fars. Hindū‎ — Hind + stan) — Asiyanın cənubunda yerləşən yarımada. Sahəsi 2 milyon km² yaxındır. Şimal sərhəddi Hind çayının deltasından Qanq çayının deltasına qədər uzanır.. Bəzən yarımadanın ərazisinə bütün platonu və dağları aid edirlər.. Yarımada Hindistannın böyük hissəsi, Pakistan və Banqladeşin bir hissəsi özündə birləşdirir. Qərbdən Ərəbistan dənizi, şərqdən Benqal körfəzi, cənubdan isə Lakkadiv dənizi onun sahillərini yuyur. Yarımadadan cənub-şərqində böyük Şri-Lanka adası yerləşir. Yarımada Hindistan yarımqitəsinin və Hindistan tavasının cənubunda yerləşir. Yarımadanın cənub nöqtəsi Komorin burnudur.
Hindustan yarımadası