Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hiperlup
Hiperlup (eng.[hiːpɜːˈl̩up], az. hiper petlə— akerikalı kapitalist Elon Maks tərəfindən 2012-2013-cü illərdə təklif edilmiş vakum qatarı layihəsidir. Hal-hazırda reallaşdırılmamışdır. Layihənin həyata keçirilməsində Kaliforniaynın HTT (Dirk Alborn) və Hyperloop Tech (Şirvin Pişəvar) şirkətləri daha çox fəallıq nümayiş etdirirlər. == Tarix == === "Alfa-versiya"nın yaradılması === Hiperlup ideyası, 2009-cu ildə ABŞ hökuməti tərəfindən təklif edilən "Kaliforniya sürət qatarı" layihəsinə cavab olaraq yaradılmışdır. Həmin layihənin Los-Anceles və San-Fransisko şəhərlərini birləşdirməsi nəzərdə tutulmuşdur. Bu layihə üzrə vaqonların hərəkət sürəti 200 mil/saat (322 km/saat), layihənin büdcəsi isə 68.4 mlrd dollar müəyyən edilmişdir. Bununla bağlı Elon Maks bildirmişdir ki, həmin "Kaliforniya sürət qatarı" layihəsi analoji layihələr arasında sürət baxımdan ən zəif, həmçinin hər milə düşən xərclərə görə ən bahalı olacaq. Mask Hiperlup barədə ilk müsahibəsini 2012-ci ildə Sara Leysiyə vermişdir. O, söz vermişdir ki, yeni nəqliyyat vasitəsinin sürəti təyyarədən 2 dəfə, sürət qatarından isə 4 dəfə artıq olacaq və Los Ancelesdən San-Fransiskoya (561 km) cəmi otuz dəqiqəyə çatacaq.