Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hipodinamiya
Hipodinamiya — hərəki aktivliyin məhdudlaşdırılması zamanı əzələ yığılmasının gücünün azalması ilə orqanizmin funksiyalarının pozulması. Əməyin mexanikləşməsi, avtomatlaşması, kommunikasiya vasitələrinin rolunun yüksəlməsi və urbanizasiya ilə əlaqədar olaraq cəmiyyətdə hipodinamiyanın xüsusi çəkisi artır. == Hipodinamiyanın yaratdığı fəsadlar == İnsan çox vaxtını oturaq və yataq vəziyyətdə keçirir. ETT-nın artması ilə bağlı fiziki yükə ehtiyac olmadığına görə əzələ işləmədiyindən zəifləyir və tədricən atrofiyaya uğrayır. Güc və dözümlülük azalır, sinir-reflektor əlaqələr pozulur, bu da sinir sisteminin fəaliyyətində pozğunluğa gətirib çıxarır (vegetativ damar distoniyası, depressiya, miofasial sindrom inkişaf edir), maddələr mübadiləsi pozulur. Zamanla hipodinamiya nəticəsində dayaq-hərəkət aparatı tərəfindən dəyişikliklər artır: sümük kütləsi proqresiv olaraq azalır (osteoparoz inkişaf edir), periferik oynaqların (osteoartroz) və onurğanın(osteoxondroz) funksiyası əziyyət çəkir. Uzunmüddətli hipodinamiya ürək-damar xəstəliyinə (ürəyin işemik xəstəliyi, arterial hipertoniya), tənəffüsün (ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi) və həzmetmənin pozulmasına gətirib çıxarır. Hipodinamiya nəticəsində zəncirvari endokrin pozğunluqlar metabolik sindrom (piylənmə, insulinrezistentlik və ateroskleroz riskin artması) şəklində özünü göstərir. Son nəticədə bütün bu dəyişikliklər ömrün qısalmasına gətirib çıxarır. Hipodinamiya ilə şərtlənən xəstəlikləri erkən mərhələdə aşkar etmək üçün laborator və instrumental müayinələrdən keçmək lazımdır.