Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Litogenez nəzəriyyəsi
Litogenez nəzəriyyəsi — litologiyanın çöküntü və süxurəmələgəlmənin ümumi qanunauyğunluqlarını əhatə və şərh edən ümumiləşdirici bölməsi. Litogenezin bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən bir neçə konsepsiyası irəli sürülmüşdür. Pustovalova (1940) görə əsas prinsip maddələrin miqrasiya yollarında müxtəlif qruplara ayrılmasıdır. Belə ki, qırıntı hissəciklər üçün onların parçalanmasının əsas səbəbi ölçü və xüsusi çəkilərinin fərqlənməsi, həll olmuş maddələr üçün isə kimyəvi xassələrin fərqidir. Maddələrin kimyəvi diferensiasiyası mexaniki diferensiasiyasının son mərhələsində başlayır və davam edir. diferensiasiyanın gedişində orqanizmlər heç bir rol oynamır, yalnız prosesi bir qədər sürətləndirə bilər. Pustovalov hesab edir ki, çökmə diferensiasiyasının gedişi planetar xarakterlidir. Lakin bu nəzəriyyədə diagenez mərhələsinə fikir verilməmiş, vulkanogen-çökmə litogenezin spesifik xüsusiyyətləri, ümumiyyətlə, nəzərdən keçirilməmişdir. Straxovun (1956) təklif etdiyi litogenez nəzəriyyəsində Yer səthində çöküntü süxurəmələgəlməsində 4 litogenez tipi fərqləndirilir; buz, humid, arid və vulkanogen-çökmə. Bu tiplərin hər biri, geoloji keçmişdə olduğu kimi, Yer səthində qanunauyğun yerləşmişdir.