Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hornblend
Hornblend — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Mineraləmələgətirən komponentlərin miqdarının dəyişkənliyindən asılı olaraq çoxsaylı növ müxtəliflikləri vardır. == Xassələri == Rəng – açıq-yaşıldan tünd-yaşıla- və qarayadək; Mineralın cizgisinin rəngi – müxtəlif çalarlı yaşıl; Parıltı – şüşə, ipəyi (asbestdə); Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf; Sıxlıq – 2,91-3,4; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl; Sınıqlar – pilləli-qeyri-hamar; asbestəoxşar əmələgəlmələrdə – tikanlıyadək; Morfologiya – kristallar: prizmatik, sütunvari, bəzən izometrik; İkiləşmə: {100} üzrə; sadə və polisintetik; Mineral aqreqatları: dənəvər, çubuq- və yelpikvari, şüalı, lifli, naziklifli kütlələr, avqit yaxud diopsid üzrə uralit adlanan psevdomorfozalar. == Mənşəyi və yayılması == Maqmatik hornblend intruziv süxurlarda – siyenit, diorit, qranodioritlərdə geniş yayılmışdır. Peqmatitlərdə də qeyd edilir. Mineralın bazaltik hornblend adlanan növ müxtəlifliyi əsasən effuziv süxurların tərkibində iştirak edir. Məxsusi amfibol süxurlarının – amfibolitlərin əsas süxurəmələgətirən mineralı və epidot-amfibol və qlaukofan şistlərinin mühüm tərkib hissəsi olan hornblend başqa metamorfik süxurlarda – qranulit, qneys və ekloqitlərdə də geniş yayılmışdır; Hornblendin yığınları kontakt-metasomatik əmələgəlmələrdə də qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: qranat, epidot, hedenbergit, kalsit, xlorit, maqnetit, kvars və b. Mineralın tapıldığı yerlər: çoxsaylıdır.