Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Horoskop
Qoroskop, horoskop və ya ulduz falı (q.yun. ὥρα — saat (doğum) kimi tərcümə olunur, q.yun. σκοπός — müşahidəçi) — bürc işarələrinə görə müəyyən bir müddətdə ulduzlu səmada planetlərin qarşılıqlı mövqeyinin nizamlı təsviri. Astrologiyada insan taleyini proqnozlaşdırmaq üçün istifadə olunur. Qədim mənbələrdə qoroskop həm də Assendent və ya Assendentin yerləşdiyi işarə adlandırılı. Həmçinin, ulduz falı el arasında Alan Leo tərəfindən dövriyyəyə daxil edilmiş müxtəlif günəş əlamətləri üçün astroloqlar tərəfindən birbaşa dərc edilən proqnozlar adlanır. Elm baxımından qoroskop — psevdoelmi (yalançı elmi) proqnozdur . Belə ki, Mişel Qoklenin tədqiqatı astrologiyanın bir çox əsas prinsiplərini , xüsusən də ulduz falının icrasını təkzib etmişdir. Baxmayaraq ki, ömrünün sonlarına yaxın o, qənaətlərini bir qədər yenidən nəzərdən keçirmiş və astrologiyada islahat təklif etmişdir: ən çox yayılmış ənənələrdən imtina edilməli olduğunu hesab edərək yalnız obyektiv, statistik üsullarla təsdiqlənə bilən hadisələri əsas götürmüşdür. Qoklen onu "neoastrologiya" adlandırmış və ona eyni adlı kitab həsr etmişdir (Neo-Astrology, 1991).