Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Errare humanum est
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Maks Hedrum pirat yayımı
Maks Hedrum pirat yayımı (ing. Max Headroom broadcast signal intrusion) — Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən WGN televiziyasının yayım tezliyində baş vermiş müəmmalı pirat yayım. Hadisə XX əsrin sonlarına yaxın ABŞ və Qərbi Avropanın populyar mədəniyyətində geniş müzakirə olunmuşdur. == Hadisə == Hadisə 1987-ci ilin 22 oktyabr tarixində, Amerika Birləşmiş Ştatlarının İllinoys ştatının Çikaqo şəhərində yerləşən WGN televiziya kanalının canlı xəbərlər proqramının yayınlanması zamanı baş vermişdir. Saat 21:14-də xəbərlər proqramı qəfil kəsilmiş və ekranda üzündə "Maks Hedrum" maskası olan bir şəxs, 28 saniyə ərzində qəribə hərəkətlər edərək, anlaşılmaz sözlərdən istifadə etmişdir. Televiziya əməkdaşlarının təcili müdaxiləsindən sonra yayım dayandırılmışdır. Lakin, təxminən 2 saat sonra 23:15 radələrində bu dəfə "WTTW" kanalının yayımı oxşar səbəbdən kəsilmişdir. Yenə eyni şəkildə, üzündə maska olan şəxs ekranda göründü. Həmin şəxs anlaşılmaz sözlərdən istifadə edərək, qeyri-adi hərəkətlər edirdi. 88 saniyəlik yayım bitdikdən sonra kanalın normal yayımı davam etdi və pirat yayımı bu dəfə kəsmək mümkün olmamışdır.