Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bill Hinsman
Bill Hinsman (tam adı: Semyuel Uilyam "Bill" Hinsman; ing. Samuel William "Bill" Hinzman; 24 oktyabr 1936, Koraopolis[d], Pensilvaniya – 5 fevral 2012, Darlinqton[d], Pensilvaniya) — ABŞ aktyoru və rejissoru. Ən yaxşı filmi Yaşayan ölünün gecəsi adlı filmdir == Həyatı == Keyt Ueyn 16 yanvar 1945-ci il tarixində anadan olmuşdur. 1968-ci ildə Yaşayan ölünün gecəsi adlı filmdə iştirak etmişdir. Filmdən sonra uzun müddət epizodik rollarda çıxış etmişdir. 1980-ci illərdən başlayaraq bir sıra filmlərə rejissorluq etmişdir. Bill Hinzman 5 fevral 2012-ci il tarixində 75 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Henrix Hübşman
Henrix Hübşman (alm. Johann Heinrich Hübschmann‎; 1 iyul 1848[…], Erfurt, Prussiya – 21 yanvar 1908, Frayburq-im-Braysqau) — Almaniya filoloqu. Neoqrammatik istiqamətin Hind-Avropa müqayisəli tədqiqatlarının nümayəndəsidir. Strasburq Universitetinin professoru olmuşdur. O, daha çox ermənişünas və iranşünas alim kimi tanınır. Erməni dilinin əvvəllər düşünüldüyü kimi İran dillərindən biri deyil, Hind-Avropa ailəsi daxilində ayrıca qrup olduğunu ilk dəfə müəyyən etmişdir.