Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
İstəhr
İstəhr (fars استخر‎), ilk adı Stəhr — İrandaƏhəmənilərin paytaxtı Persepolisdən Pasargada gedən yolun 5 kilometrində qədim şəhər. Fars ostanının Mərvdəşt şəhristanına daxildir. == Tarixi == İstəhr zərdüştiliyin mərkəzlərindən biri olub. Makedoniyalı İskəndər tərəfindən onun İrana yürüşü vaxtı yandırılıb. Xeyli sonra, Ərdəşirin dövründə Sasanilər dövlətinin paytaxtı olur, lakin sonra paytaxt Bişapura və Mədainə köçürülür. Ərəb istilaları vaxtı İstəhr ərəblərə ən inadlı müqavimət göstərən İran şəhərlərindən biri idi, və ancaq şiddətli mühasirədən və döyüşdən sonra yenildi. Şəhərin alınmasından sonra o öz əhəmiyətini itirir. Ticarətin mərkəzi isə Şiraza köçür. == Arxeoloji qazıntılar == Hal hazırda - İstəhr arxeoloji qazıntılar mərkəzidir. Yerin səthi o qədər də zəngin deyil.
İstehza
İroniya ( q.yun. εἰρωνεία «bəhanə») — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: «Sən igidsən!», «Kamallı-ağıllısan…» Burada müsbət fikirlər mənfi məna daşıyır.
İştah
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
Listera
Listera (lat. Listera) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Listera fugongensis X.H.Jin == Həmçinin bax == Listera caurina Listera convallarioides Listera ovata == İstinadlar == Listera:The Plant List saytında takson barədə məlumat.
Vistəhm
Vistəhm yaxud Bistam (bilinmir – 600, Ktesifon) — Sasanilər dövlətinin hökmdarlığına iddiaçı, Bavinin nəvəsi. == İlkin dövrləri == Vistəhm və qardaşı Vinduyə İspahbudan sülaləsindən idilər, sərkərdə Bavinin nəvəsi olmaqla bərabər II Xosrovun dayıları idilər. Cənubi İraq bölgəsinin irsi hakimləri olub, imperiyada yüksək yerlərdə vəzifə sahibi idilər. Ataları Şapurun IV Hörmüz tərəfindən öldürülməsindən sonra Vistəhm onun torpaqlarını almışdı. Hörmüzün sərt siyasəti 590-cı ildə Bəhram Çubin üsyanına səbəb olmuşdu. Bəhram öz ordusu ilə Ktesifonu mühasirəyə alarkən Hörmüzün siyasətindən bezən Vistəhm və qardaşı Hörmüzü həbs edərək kor etdilər və II Xosrovu taxta çıxardılar. Lakin bunlar Bəhramı dayandıra bilmədi və qardaşlar Xosrovla birgə Azərbaycana qaçmağa məcbur qaldılar. Yolda Bəhram tərəfindən saxlansalar da Vinduyih özünü Xosrov kimi qələmə verərək qardaşının qaçmasına şərait yaratdı. == Blarafon döyüşü == 591-ci ilin avqustu II Xosrov 12000 Erməni süvarisi, Vistəhm 8000 Azərbaycan əsgəri ilə Qazaka yaxınlığında Bəhram Çubini məğlub edərək yenidən şah oldu. == Üsyanı == Xosrov taxtı ələ keçirdikdən sonra Vinduyihi saray xəzinəsinin sədrliyinə, Vistəhmi isə Şərqin ispahbudanlığına - Təbəristan və Xorasan hakimliyinə təyin etdi.
İstehkam
İstehkam və ya təhkimat — müharibələrdə müdafiə məqsədi ilə tikilən hərbi struktur və binalar. Bəşəriyyət minilliklər boyu davam edən sivilizasiyalar tarixində bir çox müxtəlif formalarda müdafiə strukturları inşa etmişdir. == Adlandırma == Müdafiə məqsədləri üçün tikilən hərbi strukturlar çox müxtəlifdir. Müdafiə hasarı, qala, istehkam sahəsi, divarlar bunlardan bəziləridir. Müdafiə məqsədləri üçün tikilən bu istehkamlar ümumiyyətlə ikiyə bölünə bilər. Daimi istehkamlar mühəndislər tərəfindən bir dövlətin resursları ilə uzun müddət davam edə biləcək materiallarla tikilir. Müvəqqəti istehkamlar isə ehtiyacları ekspedisiyadakı qoşunlar tərəfindən yerli olaraq təmin edilə bilən işçi qüvvəsi və materiallarla Qısa müddətli ehtiyacları təmin etmək üçün hazırlanır. == Etimologiya == Sözün mənşəyi təhkim kəlməsindəndir. Təhkim (ərəbcə: تحكيم) isə ərəb mənşəli bir sözdür və hakim təyin etmək, onu suverenliklə təmin etmək deməkdir.
İstehsal
İstehsalat və ya İstehsal- hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün hüquqi şəxsin və fiziki şəxsin təşkil etdiyi fəaliyyət prosesidir. == Ümumi anlayış == Istehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həmdə xammaldan hazır məhsul istehsal edilir. Bu termin ancaq insan əməyinə aid olaraq adi sənətdən yüksək texnologiyalara qədər geniş dairəni əhatə edir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühitində bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar münasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Ancaq son dövrlərdə dövlət daha müntəzəm sahibkarlıq prinsiplərini gözləməklə bazar münasibətlərinə müdaxilə etməli olur.. == Müasir istehsalat == Müasir istehsalat öz çərçivəsinə son məhsulun buraxılması üçün bütün aralıq mərhələləri toplayır.
İstəhban
İstəhban- İranın Fars ostanının şəhərlərindən və İstəhban şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 33,101 nəfər və 8,714 ailədən ibarət idi.
İstəhri
İstəxri (tam adı: Əbu İshaq İbrahim ibn Məhəmməd əl–Farisi əl–İstəxri) (850—934), İranda (ehtimal Farsda İstəhrdə) doğulmuş ərəb coğrafiyaçısı və səyyahı. Bir sıra Orta Şərq ölkəsinə, ola bilər Məğribə, Siciliyaya və Əndəlusa də səyahət edib. Şəxsi müşahidələrin və ədəbi materialların əsasında, içində Qərbi Hindistandan Mərakəş və İspaniyaya qədər olan müsəlman ölkələrinin coğrafi, siyasi və statistik təsvirini verən "Yollar və məmləkətlər haqqında kitab" (Kitab əl məsalik vəl-məmalik) əsərini yazıb (930-933, 950 məşhur olub). Bu əsərdə hər kıtabın rəngli xəritələrı əlavə edilmişdir. İstəxri, həyatının böyük hissəsini Bağdadda keçirmiş ve Səmərqənd şəhərində vəfat etmişdir. İbn Hövqəl ilə birliktə çalışmış. İstəxrinin əsəri bir çox ərəb və iranlı tarixçilərin əsərlərinə təsir edib. == Mənbə == Крачковский И. Ю., Арабская географическая литература, Избр. соч., т. 4, М.—Л., 1957.
İstəxr
İstəhr (fars استخر‎), ilk adı Stəhr — İrandaƏhəmənilərin paytaxtı Persepolisdən Pasargada gedən yolun 5 kilometrində qədim şəhər. Fars ostanının Mərvdəşt şəhristanına daxildir. == Tarixi == İstəhr zərdüştiliyin mərkəzlərindən biri olub. Makedoniyalı İskəndər tərəfindən onun İrana yürüşü vaxtı yandırılıb. Xeyli sonra, Ərdəşirin dövründə Sasanilər dövlətinin paytaxtı olur, lakin sonra paytaxt Bişapura və Mədainə köçürülür. Ərəb istilaları vaxtı İstəhr ərəblərə ən inadlı müqavimət göstərən İran şəhərlərindən biri idi, və ancaq şiddətli mühasirədən və döyüşdən sonra yenildi. Şəhərin alınmasından sonra o öz əhəmiyətini itirir. Ticarətin mərkəzi isə Şiraza köçür. == Arxeoloji qazıntılar == Hal hazırda - İstəhr arxeoloji qazıntılar mərkəzidir. Yerin səthi o qədər də zəngin deyil.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. == İstək haqqında == İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H.Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış istehsal (computer-aided manufacturing ) – istehsal prosesinin avtomatlaşdırılmasında kompüterlərin tətbiqi. CAM vasitələrindən istər kiçik istehsalatda, istərsə də irimiqyaslı robotlaşdırılmış yığım xətlərində istifadə olunur. İstehsalatda CAM-sistemlərində çox zaman kompüterlər yox, xüsusi avadanlıqlar və proqramlar tətbiq olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == CAM / Computer-Aided Manufacturing computer aided manufacturing (CAM) Arxivləşdirilib 2017-05-29 at the Wayback Machine What is CAD/CAM?
Estela Navaskues
Estela Navaskues (3 fevral 1981) — İspaniyalı marafonçu. Estela Navaskues İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Estela Navaskues birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Estela Ximenez
Estela Ximenez (29 mart 1979) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Estela Ximenez İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Fərdi istehsal
Fərdi istehsal - məhsulun müxtəlif çeşidlərdə fərdi (bir ədəd) hazırlanması ilə səciyyələnən istehsal növüdür. Fərdi istehsala böyük turbin, yayma dəzgahları, gəmi, unikal dəzgah, metallurji və dağ-mədən avadanlıqları, həmçinin təmir və sınaq zavodları daxildirlər. Kütləvi və seriyalı istehsaldan fərqli olaraq məhsulun hərəkəti üçün konkret vaxt qoyulmur, o sərbəst ritm daxilində hazırlanır. İş yerləri universal avadanlıqlarla təchiz olunur. Sifarişin yerinə yetirilməsi üçün fərdi texnoloji proseslər layihələndirilir. Sexlər arası avadnlıqlar qrupu göstərilməklə texnoloji marşrutlar işlənir.Texnoloji proses sexlərdə dəqiqləşdirilir. Məhsulun çeşidinin müxtəlifliyi və müərəkkəbliyi yüksək ixtisaslı işçilərin cəlb edilməsini tələb edir. Fərdi istehsal üçün təşkilati işlərin mərkəzləşsizdirlməsi səciyyəvidir. Xüsusi avadanlıqların və tərtibatların tətbiqi, tez-tez məhsulların dəyişilməsi əmək tutumunu və istesal tsiklini artırır. Hissələrin və düyümlərin normallaşdırlması və sinifləşdirilməsi, texnoloji proseslərin tipləşdirilməsi sayəsində burada seriyalı istehsalın bəzi elemntləri tətbiq oluna bilər.
Istehsal amilləri
İstehsal amilləri: əmtəə və xidmətlər istehsal etmək üçün istifadə olunan amillərdir. İstehsal amilləri bunlardır: — əmək, torpaq, kapital, mənfəət.
Kütləvi istehsal
Kütləvi istehsal — istehsalın bir növü olub, böyük həcmdə hazırlanan məhsulun aşağı çeşidliyi ilə səciyyələnir. Kütləvi istehsal müəssisədə bir və ya bir neçə ölçüdə olan məhsulun və ya onun hissələrinin istehsalına yönəlmiş yüksək ixtisaslaşma dərəcəsinə malikdir. Kütəvi istehsal sənayenin bir çox sahələri üçün səciyyəvidir: maşınqayırma, tərtibatlar (saat sitehsalında), yüngül sənaye (ayaqqabı, qalantereya məhsulları), yeyinti sənayesi (konservlərin istehsalı). Kütləvi istehsal həm ayrı-ayrı sexlər və onun sahələri daxilində, həm də bütövlükdə müəssiədə daxilində təşkil oluna bilir. Burada məsulun istehsal həcmini həddən qartıq yüksəltmək və eyni zamanda onun keyfiyyətini artırmaq olur. Xüsusi avadanlıqların tətbiqi sayəsində işin məhsuldarlığı artır və əməliyyat üçün hazırlıq-tamamlama işlərinə sərf olunan vaxt minimuma enir, maya dəyəri aşağı düşür, rentabellilik artır. Bu istehsalın əsas xüsusiyyəti istehsal prosesinin özündə və onun aparılma üsulunda, işçi yerlərinin ixtisaslaşdırması və onların əməliyyatların ardıcıllığına uyğun yerinə yetirilməsindədir. Texnoloji proses çox hallarda proqresivdir. İşçilərin kiçik məşğuliyyət dairəsində ixtisalaşma dərəcəsi də yüksək olmalıdır. Kütləvi istehsalda əməliyyatlar sinxronlaşdırılır və əmək vasitələrinin işçi yerlərdə hərəkəti fasiləsiz olaraq mexanikləşdirilmiş və avtomatlaşdırlmış sistemlərin köməyi ilə aparılır (konveyrlər).
Listera caurina
Listera caurina (lat. Listera caurina) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Listera convallarioides
Listera convallarioides (lat. Listera convallarioides) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Listera cordata
Listera cordata (lat. Listera cordata) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Listera ovata
Listera ovata (lat. Listera ovata) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Qənaətcil istehsal
Qənaətcil istehsal- maşın istehsalında israfların aradan qaldırlmasına yönələn, eyni zamanda təminedici, sifarişçi və daxili strukturlar tərəfindən yaranan meyillənmələri minimallaşdıran emal strategiyasıdır. Tayota istehsal sisteminin tərkib hisəssi olan bu strategiya 1980-ci illərdə araşdırılıb, effektivliyi sübut oldunqdan sonra, digər avtomobil istehsalçıları da bu strategiyadan bəhrələnməyə calışmışlar. Qənatəcil istehsalın çevik, tələbəta uyğun və mərkəzsiləşdirilmiş qrup şəklində iş üslubuna calışan planlama konseptidir. O, işçilərin keyifiyətə yüksək məsuliyyəti və istehsal mərhələləri arasında kiçik material buferləri ilə səciyyələnir. Qənatəcil istesalın tətbiqi müəssisə ilə onun sifarişçiləri və təminatçıları, həmçinin onun elmi tədqiqatla məşğul olan şöbəsi, alış-veriş və istehsal sahələri arasında optimal razılaşma şəraitində fəaliyyət göstərən informasiya mübadiləsini tələb edir. Bu istehsalın təbiqi zamanı: Yalnız lazım olan məmul, lazımı vaxtda hazırlanır. Bu, istehsal həcmi, istehsal və təşkilata aid olanları əhatə edir, yerdə qalanlar isə israfçılıqdıır. Meydana çıxan xətalar yüksək prioritetlə araşdırılır və səbəbi müəyyənləşdirilir, onu aradan qaldırmaq üçün həll işlənir. Buna xətasız istesal deyilir. İstehsalda iştirak edən işçilərdən və təminatçı firmalardan daimi olaraq öz işlərinin keyfiyyətini artırmaq tələb olunur.