Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İberlər
İberlər və ya iberiyalılar (lat. Hibērī, yun. Ἴβηρες, İberes) — əvvəllər şərqi və qərbi İspaniya ərazisində məskunlaşmış, sonralar isə Pireney yarımadasının xeyli hissəsinə yayılmış qədim tayfalar. Onlar arasında turdetan, turdul, bastetan, karpetan və başqa tayfalar var idi. İberlərin məntəyi haqqında muxtəlif mülahizələr mövcuddur. İberlər haqqında ilk yazılı mənbə e.ə. VI əsrə aiddir. İspaniyanın cənub hissəsi (indiki Əndəlüs və Mursiya) İberiya mədəniyyətinin əsas mərkəzi idi. E.ə. VI–III əsrlərdə İspaniyaya soxulmuş keltlərlə iberlərin qaynayıb-qarışması nəticəsində kelt-iber tayfaları qrupu yaranmışdır.
Biərəq (Germi)
Biərəq (fars. بيعرق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Qala Bərzənd kəndistanında, Germi qəsəbəsindən 12 km. qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 44 nəfər yaşayır (8 ailə).
Bərmək mahalı
Bərmək mahalı — Quba xanlığında mahal. İndiki Xızı Adını burada yaşayan Bərmək tayfasından və ya Bərmək – bər məhsul, mak – kahin və ya Qubadakı Bərmək mahalı Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsi aldığı Xızı-Bərmək mahalı Xəzər dənizi, Bakı kəndləri və Sumqayıt çayı hüdudlarında böyük bir sahə tutur.Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir. A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir. == Kəndlər == Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərmişdi. Həmin kəndlər aşağıdakılardı: 1. Siyəzən 2. Xızı 3. Findiqan 4. Dərəzarat 5.
Bərzəq (Miyanə)
Bərzəq (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (22 ailə).
Canthium inerme
Canthium inerme (lat. Canthium inerme) — boyaqotukimilər fəsiləsinin canthium cinsinə aid bitki növü.
Baş Bərmək dağı
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir.Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür.Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. == Xıdır Zində piri == Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir. Magistral yoldan pirə qədər olan torpaq yol yaz-payız fəslində palçıqlı, yayda tozlu, qışda isə sürüşkən olur və gediş-gəlişi çətinləşdirir. Ərazidə su qıtlığı müşahidə olunur, belə ki, qurbanlıq kəsilən yerdə debiti çox az olan cəmi bir bulaq var.
Baş Bərmək səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Hacı Karandıqo Berzeq
Hacı Karandıko Berzeq (ubıxca:Гьарандыхъва Барзагь ХӀаджы, çərkəzcə:Къэрандыкъо Бэрзэдж Хьаджэ; 1804, Çərkəzistan – 1881) — Çərkəz xalqının ağsaqqalı, hərbi komandan və son Çərkəz Konfederasiyasının lideri. Uşaqlığı da daxil olmaqla, həyatının böyük qismini Rusiya-Çərkəz (1763-1864) müharibəsinin müxtəlif cəbhələrində keçirmişdir. Çərkəzlərin soyqırımı və sürgünü səbəbiylə Osmanlı torpaqlarına sürgün edilən Karandıko Osmanlı torpaqlarındakı çərkəz kəndlərindən çərkəz könüllülər toplayaraq öz ordusunu qurmuş və Qafqaza geri dönərək 1877-1878-ci illər müharibəsində Osmanlı könüllü hərbçisi olaraq ruslara qarşı döyüşmüşdür. == Həyatı == Şaçe (Soçi) bölgəsinin Mıtıkhuasua kəndində anadan olan Karandıko uşaqlığı da daxil olmaqla, həyatının böyük qismini müharibədə keçirmişdir. Müsəlman olan Karandıko 1839-cü ildə Məkkəyə həcc ziyarətinə getmişdir. İlk böyük uğurunu 1841-ci ildə Sohumda qazanmışdır. 1861-ci ildə - 60 yaşında olarkən çərkəzlərin Böyük Azadlıq Məclisi (çərkəzcə:Шъхьафитныгъэ Хасэ) olaraq adlandırdıqları böyük məclisə rəhbərlik etmişdir. Karandıko 1854-cü ildə rus qalalarını ələ keçirərək yenidən çərkəz torpağı etmək kimi bir çox uğura imza atmışdır. Çərkəz soyqırım və sürgününün ardından Osmanlı sultanı II Əbdüləzizin qarşısına çıxarılan Karandıkoya İstanbula köçmə təklif edilsə də, o, bu təklifi mədəni formada rədd etmiş və Mayasda Yeniköy kəndində məskunlaşmışdır. Bu müharibə əsnasında cənubi Mərmərə bölgəsindən, xüsusilə də Manyas bölgəsindən 5 min həndəvərində ubıx, abazdex, hakuç və digər adıgelərdən ibarət Kuvayi Muavene könüllü süvari birliyini qurmuş və onlarla birlikdə Qafqazda ruslara qarşı döyüşmüşdür.
Bərmə Təpə (Qürvə)
Bərmə Təpə (fars. برمه تپه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 361 nəfər yaşayır (75 ailə). Əhalisini kürdlər təşkil edir.
Sabolç-Satmar-Bereq
Sabolç-Satmar-Bereq (mac. Szabolcs-Szatmár-Bereg) — Macarıstanın şərqində yerləşən medye. İnzibati mərkəz — Nyiredxaza. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. === Rayonlara bölünmə === Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.