Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İbadilik
İbadilik — Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İbadi məzhəbinin ardıcılları hal-hazırda Omanda, Şərqi Afrikada, Əlcəzairdə, Liviyada, Tunisdə,Yəməndə yaşayırlar. Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İslam dünyasında məşhur tabiinlərdəndir və İbn Abbasın şagirdlərindən sayılır. Hədis, fiqh və təfsir sahələrində dərin biliklərə yiyələnmişdir. İbadi məzhəbini Abdullah ibn İbad Təmimin adı ilə bağlayanlar da vardır. Abdullah ibn İbadın məzhəblə bağlı kəlam və siyasi məsələlərdə özünəməxsus mövqeyi olduğundan sözügedən məzhəb onun adı ilə tanınmışdır. İbadiyyənin başlanğıcı hicri 65-ci miladi 684-cü ilə aid edirlər.
Babilik
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819–1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Əbədilik yolu ilə (film, 1975)
Film cəbhələrdə düşmənlə vuruşa-vuruşa Sevastopoldan Berlinə qədər uzun və ağır bir yol keçmiş 77-ci diviziyadan söhbət açır. Filmin qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev öz döyüş yoldaşları, diviziyası barədə xatirələrini söyləyir. Film Sevastopolda və Bakıda çəkilmişdir.
Araz İbadlı
Oruc İbadlı
İbadlı Oruc Vəli oğlu (5 noyabr 1938, Dövlətyarlı, Qaryagin rayonu – 23 fevral 2015, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007). Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur. 1945-ci ildə Dövlətyarlı kənd orta məktəbinə getmiş, 1955-ci ildə B. Sərdarov adına orta məktəbi əla qiymətlərlə bitirmiş, 1960-cı ildə təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirmişdir. Texnikumu bitirdikdən sonra H. Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurmuşdur. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi kimi işləmiş, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1973-cü ildə "Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülmüşdür. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində müstəqil fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilmişdir. Direktor seçildiyi il "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboatoriyasını təşkil etmiş və onun rəhbəri olmuşdur. 23 fevral 2015-ci ildə vəfat etmişdir 200-dən çox elmi əsərin müəllifi olmaqla yanaşı 3 monoqrafiyanın, 9 kitabın, 3 müəlliflik şəhadətnaməsinin müəlifidir. 45 ildən artıqdır ki, xalq təbabəti ilə məşğul olur, müalicə bitkiləri silsiləsindən "Zəfəran", "Əzvay", "Soğan", "Qulançar və ya mərəçüyüd", "Çiriş", "Gülçülük" və s. kitablarını oxuculara təqdim etmişdir.
Ruslan İbadlı