Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çeşman
Çeşman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Çeşman kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Əhalisi 276 nəfərdir. Oykonim fars dilindəki çeşm (çeşmə, goz, bulaq) və -an (məkan və cəmlik bildirir) komponentlərindən düzəlib, "bulaq yeri, bulaqlar" deməkdir.
Çesma çayı
Çesma çayı (xorv. Česma) — Xorvatiyada çay, Lonya-Trebej çayının sol qolu. Çayın uzunluğu 124 km, hövzəsinin sahəsi isə 2890 km²-dir. Çayın orta su sərfi 14,1 sm³ təşkil edir. Çay Dunay çayı və Qara dəniz hövzəsinə aiddir. Çayın ən böyük qolu Qloqovnitsadır. Bu da onun sağ qoludur. Çazma şəhəri və bir neçə kənd Çesma çayı sahilində yerləşir. Çesma çayı Qrdjeviça və Barna çaylarının qovuşduğu yerdən, Bilogora dağ silsiləsinin cənub yamaclarında başlayır. Çayın mənbəyi, Qrubişno-Polye şəhərindən təxminən 6 km şimal-qərbdə, Pavlovaç kəndi yaxınlığında yerləşir.