Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olokul (Askın)
Olokul (başq. Олокүл, rus. Большое Озеро) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Askın kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 23 km, kənd sovetliyindən (Askın): 23 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 75 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (86 %) üstünlük təşkil edir.
İlokun mühasirəsi
İlok şəhərinin mühasirəsi — 1526-cı ildə Moxaç səfəri dövründə Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında baş vermiş, nəticədə Parqalı İbrahim Paşanın komandanlığı altındakı türk ordusu şəhəri ələ keçirmişdi. İyulun 27-də Petrovaradindən qalib ayrılan Parqalı İbrahim Paşanın komandanlığı altında olan Osmanlı ordusu, Dunay yolunu açmağa davam edərək 1 avqust cümə günü İloka gəldi və qalanı muhasirə altına aldı. Təxminən qalanın içində 3000-dən az qarnizon var idi. Müdafiəçilər təslim çağırışını rədd etdikdə top atəşi açıldı və lağım qazıntıları başladı. Bir həftəlik müqavimətdən sonra Türk ordusu 8 avqust cümə günü qalanı ələ keçirdi. Qalanın süqutu ilə, Dravada olan Osijek komandiri, şəhərin açarlarını 14 avqustda Parqalı İbrahim Paşaya gətirdi. Bunun üstünə padşah tərəfindən gələn əmrlə Türk ordusu Macarıstana girdi və əsas ordu ilə birləşdi. Mohaç döyüşü (1526) Petrovaradin müharibəsi Osmanlı İmperiyası Danişmend. Cilt II. İstanbul: Doğu Kütüphanesi. 1971.