Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlluminati
İlluminati (Lat: illuminatus , aydınlanmışlar ) və ya tarixdə Bavariya İlluminati, mövhumata, xurafatlara, dinin sosial həyata təsirinə, hakimiyyətdən sui-istifadəyə qarşı 1776-cı il mayın 1-də Maarifçilik dövründə yaradılmış və 1785-ci ildə dağılmış gizli ziyalılar cəmiyyətidir. . Tez-tez Bavariya İlluminati ilə qarışdırılan Müasir İlluminati isə nəzarət tətbiq edərək Yeni Dünya Nizamını qurmağı, hökumətləri və qurumları ələ keçirməyi, monarxiyaları dağıtmağı, dini inancları məhv etməyi, milli dövlətlərə və vətənpərvərliyə son qoyaraq ictimai quruluşu alt-üst etməyi hədəflədiyi iddia edilən bir quruluşdur, ancaq varlığı və ya effektivliyi sübut edilməmişdir. Hərəkat 1776-cı il mayın 1-də İnqolştadtda (Yuxarı Bavariya) beş nəfərlə İnqolştadt Universitetinin kanon hüququ professorlarından biri Adam Weishaupt (ing.) tərəfindən yaradılmışdır. Maarifçilik dövrünün bir qolu kimi onların birliyi masonluqdan sonra modelləşdi. İlluminati üzvləri öz rəhbərlərinə itaət edəcəklərinə dair gizli and içdikləri iddia olunur. Üzvlər hər biri müxtəlif dərəcələrə malik üç əsas sinfə bölünürdülər və bir çox İlluminati qrupları mövcud mason lojası üzvlüklərini ləğv edirdilər. Onların ideologiyası "İlluminizm" adlanırdı. Brunsvik hersoqu Ferdinand və diplomat Frans Xaver fon Zvak kimi bir çox mühüm şəxsiyyətlər, ziyalılar və siyasətçilər cəmiyyətin üzvü hesab olunurdular. Cəmiyyətin bir çox Avropa ölkələrində filialları açılmış və 1784-cü ildə 2000-ə yaxın üzvü olmuşdur. Qrup həmçinin ədəbi dünyadan Yohann Volfqanq fon Hötenin, İohann Qotfrid Herderin, eləcə də Qota və Veymar hersoqlarının da diqqətini çəkib.
İlluminati (oyun)
İlluminati kart oyunu 1975-ci ildə işıq üzü görən, müəllifləri ing. Robert Anton Wilson və Robert Shea olan The Illuminatus! Trilogy kitabından ilhamlanaraq Steve Jackson Games (SJG) tərəfindən hazırlanmışdır. Oyunda qanuni, qeyri-qanuni və hətta mistik də daxil olmaqla müxtəlif vasitələrlə dünyanı idarə etmək üçün bir-biri ilə rəqabət aparan gizli cəmiyyətlər var. Bu oyun sui-qəsd nəzəriyyələrini mənimsəmək üçün hazırlanmışdır. Oyun Yaradıcı Anaxronizm Cəmiyyəti və Simbionist Azadlıq Ordusu kimi real dünya təşkilatlarına bənzər qrupları ehtiva edir. Onu ikidən səkkiz oyunçuya qədər oynamaq olar. Oyunçuların sayından asılı olaraq, bir oyun bir saatdan altı saata qədər davam edə bilər. 1981-ci ilin sentyabrında Stiv Cekson və həmkarı Deyv Martin İlluminatus! Trilogy əsərini müzakirə etdikdə Martin bu əsər əsasında bir oyun təklif etdi.
İlluminati oyun kartları

Rubus vulgatus var. illuminatus
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.