Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmpedans
İmpedans (ing. impedance; rus. импеданс) – dəyişən cərəyan axınına müqavimət. İmpedans iki hissədən ibarətdir: aktiv və reaktiv müqavimət. Aktiv müqavimət elektrik enerjisini istilik enerjisinə çevirməklə həm sabit, həm də dəyişən cərəyana qarşı durur və o, həmişə sıfırdan böyükdür. Reaktiv müqavimət yalnız dəyişən cərəyana müqavimət göstərir və həm mənfi, həm də müsbət qiymət ala bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.