Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ABŞ prezident inauqurasiyası
Amerika Birləşmiş Ştatları prezidentinin andiçmə mərasimi ABŞ prezidentinin dörd illik səlahiyyət müddətinin başlanmasına həsr olunmuş mərasimdir. Bu mərasim zamanı prezident seçkilərindən təxminən 72 ilə 78 gün sonra prezident and içir. İnauqurasiya (andiçmə mərasimi) hər yeni prezidentlik müddətində keçirilir. Hətta prezident ikinci müddətə seçilərək səlahiyyətlərini davam etdirsə belə bu mərasim yenidən keçirilir. Corc Vaşinqtonun ilk andiçmə mərasimi 30 aprel 1789-cu ildə baş tutdu. 1821, 1849, 1877 və 1917-ci illər istisna olmaqla, 1793-cü ildən 1933-cü ilə qədər bütün sonrakı ictimai andiçmələr martın 4-də keçirildi. Martın 4-ü bazar gününə təsadüf etdiyi halda inauqurasiya 5 mart bazar ertəsi gününə keçirildi. 20 yanvarın 1957, 1985 və 2013-cü illərdə bazar gününə təsədüf etdiyindən bu illər istisna olmaqla 1937-ci ildən etibarən mərasim yeni ilin ilk günü yəni yanvarın 20-də günorta saatlarında keçirilir. Həmin illərdə prezident andı həmin gün təkbətək, ertəsi gün, bazar ertəsi, yanvarın 21-də yenidən açıq mərasimlə icra olunurdu. Ən son prezidentin andiçmə mərasimi 2021-ci il yanvarın 20- də Co Baydenin vəzifəyə gəldiyi zaman keçirilib.
İnaqurasiya
İnaqurasiya (lat. inauguro — "həsr edirəm") — andiçmə mərasimi. Bu mərasimin əsası, hökmdarların tac qoyma mərasimlərindən götürülmüşdür. == ABŞ == ABŞ Konstitusiyasının 1-ci maddəsinin 2-ci bəndinə əsasən, yeni seçilmiş hər bir prezident aşağıdakı mətnə uyğun olaraq and içməlidir: "Mən təntənəli surətdə and içirəm (və ya söz verirəm), Birləşmiş Ştatların prezidentlik vəzifəsini vicdanla yerinə yetirəcəyəm və var gücümlə, Birləşmiş Ştatların Konstitusiyasını dəstəkləyərək, müdafiə edəcəyəm ". == Azərbaycan == Demokratik yolla seçilmiş ilk prezident Əbülfəz Elçibəyin inaqurasiya mərasimi 17 iyun 1992-ci ildə keçirilmişdir. == İstinadlar == == Xarici keçidlər == president.az. "İlham Əliyevin inaqurasiya mərasimindəki çıxışı". 19.10.2013.