Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnvasion növlər
İnvasion növ və ya istilaçı növ (lat. İnvadio "işğalçı, istilaçı") — Zərərli biloji növ. Bu tip bioloji növlər adətən heç bir düşməni olmayan bir əraziyə düşur və oranın bioloji tarazlığını pozur.
Abşeron incisi (film, 2012)
Abşeron incisi qısametrajlı sənədli televiziya filmi Eldar İsgəndərzadənin ssenarisi əsasında rejissor Elşən Zeynallı tərəfindən 2012-ci ildə çəkilmişdir. Film Azad Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi, 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olan Mərdəkan Dendrarisi haqqındadır. == Məzmun == Film Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi, 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olan Mərdəkan Dendrarisi haqqındadır. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağları ilə qarşılıqlı əməkdaşlıq edir. Azərbaycan dendroflorasının çox cilidli nəşri hazırlanmaqla yanaşı Otaq bitkiləri ensklopediyası, Gülçülük Ensklopediyası, Ekologiya dərs vəsaiti və.s. kitabları çapdan çıxmışdır. Son illər ərzində bağda yenidənqurma, abadlaşdırma tikinti işləri aparılmış, növ zənginliyi bərpa etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növləri gətirilmiş, bioekoloji xüsusiyyətləri öyrənilmiş və kolleksiyalara daxil edilmişdir. Buradakı bitki kolleksiyaları özünəməxsus landşaft ansamblı olub, park dizaynının ən yaxşı numunələrindən istifadə edilərək şərq və qərb memarlığı ənənələri ilə tərtib edilmişdir.