Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İndastrial-metal
İndastrial metal — heavy metal və thrash metal qarlılıqlı təsiri olub; industrial music, electro-industrial və industrial dance musiqisinin infrastrukturuna sahib bir metal musiqi növüdür. Klaviatura istifadəsi sıxdır və gitara riffləri industrial dance musiqisini xatırladarcasına tekdüzədir. === İnkişafı === Skinny Puppy növün ilklərindəndir. Godflesh, KMFDM və Ministry ilə 1980-ci illərdə alternativ mədəniyyətdə öz varlığını davam etdirə və heç cür layiq olduğu mövqeyi tuta bilməyən industrial metal, 1990-cı illərin ilk yarısında Nine Inch Nails ilə məşhurluq qazanmışdır. Nine Inch Nailsın tək üzvü Trent Reznorun yüksəltdiyi qrup Marilyn Manson və Rammsteinin işləri də bu növün məşhurluğunu yaxşıca artırmışdır. Rammstein industrial metalı atmosferik elementlərlə zənginləşdirmişdir. Laibach bu növə əhəmiyyətli əlavələr etmişdir. === Tərzi === İndustrial metal qrupları ümumiyyətlə qarışıqdır. Bir çox qrup cüt gitara istifadə edər və gitaralar samplerlər və synthlərlə dəstəkləyər. Gitara tonları çox sərt ola bilər.
Matsushita Electric Industrial Co., Ltd.
Panasonic (Panasonik) – 13 mart 1918-ci ildə yaponiyalı biznesmen Konosuke Matsusita (Konosuke Matsushita) tərəfindən dünyanın ən böyük məişət texnikası və elektrik malları istehsalçısı olan Panasonic şirkətinin əsası qoyulmuşdur. 1 oktyabr 2008-ci ilədək şirkət “Matsushita Electric Industrial Co., Ltd.” adını daşıyırdı. “Panasonic” isə bu şirkətin ticarət nişanlarından birinin adı idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Evonik Industries
“Evonik” alman sənaye şirkəti – dünya bazarında xüsusiləşdirilmiş kimya məhsullarının istehsalı sahəsində liderlərdən biridir. 80 ildir ki, “Evonik” şirkətlər qrupunun mütəxəssisləri sürtkü yağlarına aşqarlar təklif etməklə onlarda reoloji xassələrinin optimal kombinasiyasını təmin edən spesifik və müvəffəq formullardan istifadə edirlər. == Sürtkü yağlarının aşağı temperaturda axıcılığının təmin edilməsi == Aşağı temperaturlarda sürtkü materiallarının tərkibində olan parafinlər kristallik strukturlar yarada bilər. Viscoplex seriyalı depressantlar kristallizasiya proseslərinin yaranmasının qarşısını almaq və nəzarət etməklə bərabər sürtkü materiallarının axıcılığını, optimal xassələrini və bir-biri ilə uyğunluğunu təmin edir. == PAMA (Polialkil metilakrilatlatlar) == PAMA (Polialkil metilakrilatlatlar)– ilk polimer tipli depressorlar “”Röhm and Haas” (sonradan “Evonik” şirkəti) şirkəti tərəfindən patentləşdirilmişdir və hal -hazıradək bu sahədə əsas növ aşqarları kimi sayılır. Sürtkü və motor yağlarının donma temperaturunu aşağı salan Viscoplex 5-309 aşqarı geniş istifadə olunur. Polimetakrilatların çevik molekulyar quruluşa malik olması geniş assortimentli sürtkü materialları üçün aşqarların işlənib hazırlanmasına imkan yaradır. Viscoplex Depressorları sürtkülərdə əmələ gələn kristalları modifikasiya edirlər. Depressorlar sürtkü materialında əmələ gələn nə parafinlərin miqdarına nə də onların kristallaşma temperaturlarına təsir etmirlər. Lakin depressorların kristallik strukturları öz xüsusiyyətlərini dəyişir .
Nabors Industries
Nabors Industries — Neft hasilatı üzrə fəaliyyət göstərən beynəlxalq enerji şirkəti. Baş korporativ ofisi ABŞ-nin Hyuston şəhərində yerləşir. Nabors quru üzərində yerləşən (land drilling) neft qurğularının sayına görə dünyanın ən böyük neft istehsalçısı hesab edilir. Beləki, şirkətin hazırda 25-dən çox ölkədə 500-dən çox neft qurğusu. == Tarixi == Şirkət 1968-ci ildə Anglo Energy adı ilə yaradılıb. 2000-ci ildən bəri Nabors İndustries adlanır. Son illərdə, quruda neft istehsalatı üzrə dünyanın lideri sayılır. Antoni Petrello 2012-ci ildən bəri şirkətin rəhbəri və idarə heyətinin prezidenti vəzifəsini icra edir. Şirkətin 30,000-dən çox işçisi var. Nabors İndustries dünyanın 6 qıtəsində, 25-dən çox ölkədə fəaliyyət göstərir.
Israel Aerospace Industries
İsrail Aerokosmik Sənayesi (ivr. ‏התעשייה האווירית לישראל‏‎, ha-ta'asiya ha-avirit le-yisra'el) və ya qısa adı ilə IAI (תע"א) — İsrailin həm hərbi, həm də mülki sektorda əsas aerokosmik və aviasiya istehsalçısı və təchizatçısıdır. 2013-cü il məlumatına əsasən şirkətin 16,000 nəfər əməkdaşı var. IAI şirkətinin bütün səhmləri İsrail dövlətinə məxsusdur. IAI mülki təyyarə, döyüş təyyarəsi, pilotsuz uçuş aparatları, raket, müxtəlif avionika istehsalı və təmiri ilə məşğul olur. IAI-nin əsas istiqaməti aviasiya və kosmik sənaye olmasına baxmayaraq, şirkət, həmçinin quru və dəniz qüvvələri üçün də müxtəlif hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur. Bu məhsullar xüsusilə İsrail Silahlı Qüvvələrinin ehtiyacını ödəmək məqsədilə hazırlansa da, bəzi xarici ölkələrə də ixrac edilir. == Həmçinin bax == İsrail Silahlı Qüvvələri İsrail Hərbi Hava Qüvvələri Şimon Peres == Xarici keçidlər == Israel Aerospace Industries - rəsmi sayt.
Kawasaki Heavy Industries
Kawasaki Heavy Industries Ltd. (KHI) (yap. 川崎重工業株式会社, Romanizasiya: Kawasaki Jūkōgyō Kabushiki-gaisha), Yaponiyada yerləşən bir ağır sənaye şirkətidir. Şirkət 15 oktyabr 1896-cı ildə Shōzō Kawasaki tərəfindən yaradılmış olub, motosikl, iş maşınları (ağır texnika), aerokosmika sənayesi ilə müdafiə sənayesi sahəsində fəaliyyət göstərir. Şirkətin mərkəzi Kobenin Chūō və Tokionun Minato bölgələrində yerləşir.