Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nişiki çayı
Nişiki çayı (錦川, Nishiki-gawa) – Yaponiyanın Yamaquçi prefekturasının ən uzun çayı. Uzunluğu 110 kilometrdir. Nişiki uzunluğu 331,8 kilometr olan çay sisteminin ən böyük çayıdır. Yaponiya hökuməti həmin çay sistemini 2-ci sinif çay sistemi kimi təsnif etmişdir. Çayın hövzəsinin sahəsi 885 km² təşkil edir. Çay öz başlanğıcını Şunan şəhərinin yaxınlığından götürür. İvakuni şəhərindən keçdikdən sonra Daxili Yapon dənizinə tökülür. Çayın üzərində iki su bəndi tikilib: Kodo və Suqano.