Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korporasiya
Korporasiya termini latın dilində olan "corporatio" – birlik sözündən yaranmışdır. İstənilən cəmiyyətdə müəyyən məqsədlərə çatmaq üçün birliklər yaranır. Bu birliklərə daxil olan subyektlərin öz aralarında və bu subyektlərlə cəmiyyətin digər üzvləri arasında qarşılıqlı əlaqəni yaratmaq üçün müəyyən vasitə olmalıdır. İnformasiya belə bir vasitədir. Hər bir birlikdə olan informasiya həmin birliyi xarakterizə edir. Bundan başqa birliyə daxil olan subyektlər arsında informasiyanın paylanmasına və mübadiləsinə imkan verən bir əlaqə vasitəsinə ehtiyac yaranır. Birliyin subyektləri arasında informasiyanın paylanmasını və mübadiləsini həyata keçirmək üçün dil, kodlaşdırma, şifrləmə və şəbəkə texnologiyaları vasitə kimi istifadə oluna bilər. Korporasiya – subyektlərin ümumi məqsədə çatmaq üçün yaratdığı birlikdir. Korporasiyanın subyektləri arasında informasiya mübadiləsini həyata keçirmək üçün korporasiya daxilində başa düşülən, razılaşdırılmış və mühafizə olunan əlaqə yaradırlar. == Korporasiyanın üç əsas elementi == Korporasiyanın yaradılması üçün üç əsas elementin olması vacibdir.
Dövlət-korporasiya cinayəti
Dövlət-korporasiya cinayəti — Kramer və Michalowski tərəfindən 1990-cı ildə kriminologiya elminə bəxş edilmiş termin. Kramer və Michalowski-ə görə, dövlət və korporasiyaların birgə törətdikləri cəmiyyətə zərərli və qeyri-qanuni əməllər, habelə, dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsindən bəhrələnən korporasiyaların törətdikləri cinayətlər dövlət-korporasiya yaxud dövlət-şirkət cinayətləri adlanır. Tənqidi kriminologiyanın bir hissəsi olan bu mövzu olduqca yeni olduğundan bu sahədə çoxsaylı genişmiqyaslı tədqiqatlara ehtiyac var, amma ki, Kramer və Michalowski-nin nəzəriyyəsi yarandığı gündən etibarən bir çox böyük miqyaslı cinayətlərə yeni baxış prizmaları ortaya çıxmaqdadır.