Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
1848-ci ildəki inqilablar
1848-ci il üsyanları, Xalqların Baharı və ya İnqilab Yolu — Avropada ən geniş inqilab dalğası olmuşdur. İnqilablar, əvvəlki monarxik strukturların aradan qaldırılması və müstəqil dövlət qurumlarının yaradılması məqsədi ilə mahiyyətcə demokratik və liberal idi. Fevral ayında Fransada baş verən ilkin mərhələdən sonra inqilab bütün Avropaya yayılmışdır. 50-dən çox ölkəyə təsir göstərməsinə baxmayaraq, inqilabçılar arasında əhəmiyyətli koordinasiya və ya əməkdaşlıq olmamışdır. Üsyanlara təkan verən ən böyük amillər siyasi rəhbərliyə qarşı olan narazılıq, hökumət və demokratik proseslərdə daha geniş iştirak etmək, mətbuat azadlığı və işçi sinfin digər tələbləri, milliyyətçiliyin yüksəlməsi və hökumət qüvvələrinin yenidən qurulmasına dair tələblər daxil idi. İnqilab islahatçılar, orta və işçi təbəqə üzvlərindən ibarət müvəqqəti koalisya tərəfindən idarə olunduğuna görə uzunömürlü olmadı. On minlərlə adam öldürüldü və bir çoxları sürgünə məruz qaldı. Uzun müddət davam edən islahatlar Avstriya və Macarıstanda təhkimçiliyin ləğvi, Danimarkada mütləq monarxiyanın sona çatması və Hollandiyada parlamentli demokratiyanın tətbiqi ilə nəticələndi. İnqilablar Fransa, Hollandiya, Almaniya Konfederasiyası və Avstriya imperiyasını təşkil edən dövlətlər üçün mühüm rol oynadı. == Başlanğıcı == İnqilablar müxtəlif səbəblərdən meydana gəldiyi üçün bu motivləri bir ardıcıl hərəkətdən görmək çətindir.
Azərbaycan Xalq Cümhuriyyəti Əks-inqilabla Mübarizə Təşkilatı
Əks-inqilabla Mübarizə Təşkilatı (az.-əski. عكس انقلاب ايله مبارزه تشكيلاتى‎) — 11 iyun 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi yanında yaradılmış əks-kəşfiyyat orqanı. == Yaradılması == 1919-cu il fevralın 18-də Fətəli xan Xoyskinin Azərbaycanda, xüsusilə də Bakıda general Prjevalskinin rəhbərliyi ilə Denikinə yardım göstərən qüvvələrin gizli surətdə silahlı hərbi dəstələr təşkil etdiklərini, ağqvardiyaçılar üçün əsgər yazılışı aparıldığı barədə məruzəsindən sonra, həmçinin Denikin qüvvələrinin 1919-cu il mayın axırlarında Dərbəndi tutmasının təsiri ilə yaradılmışdır. Hökumətin 1919-cu il iyunun 9-da keçirilən iclasında Parlamentin tövsiyəsi ilə dövlətin müdafiəsi üçün xüsusi orqan — 5 nəfər hökumət üzvündən (baş nazir, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri) ibarət Dövlət Müdafiə Komitəsinin yaradılması qərara alındı. Qurumun formalaşdırılması Nəsib bəy Yusifbəyli tərəfindən parlamentin "Müsavat" fraksiyasının üzvü Məmmədbağır Şeyxzamanlıya həvalə edilmiş, onun müavini Mir Fəttah Musəvi təyin olunmuşdu. Şeyxzamanlı təşkilata həmin il avqustun 20-dək başçılıq etmiş, istefa verdikdən sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilmişdi. == Strukturu == İlk vaxtlar ƏMT–na əməkdaşların qəbulunda partiya prinsipi əsas götürülürdü. Belə ki, ƏMT əməkdaşlarının üçdə ikisi "Müsavat", üçdə biri isə "Hümmət" partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin Müsavatdan, müavininin isə Hümmətdən təyin edilməsi nəzərdə tutulmuşdu. Təşkilatın ilk rəisi Müsavat partiyasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və onun aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanlı təyin edilmişdi.