Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnteraktiv qrafika
interaktiv qrafika ( ing. interactive graphics ~ ru. интерактивная графика ~ tr. etkileşimli bilgisayar grafiği) – istifadəçinin kompüterdə qrafik obrazları çox zaman siçan və ya coystik kimi qurğuların köməyilə dəyişdirə və idarə edə bilməsindən ibarət iş üsulu. İnteraktiv qrafika kompüter sistemlərinin oyunlardan tutmuş avtomatlaşdırılmış layihələndirmə sistemlərinədək (CAD) çox geniş diapazonunda tətbiq olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnteraktiv televiziya
İnteraktiv televiziya — ənənəvi televiziya texnologiyasına məlumat xidmətləri əlavə edən media konvergensiyasının bir forması. Buraya məzmunun tələb üzrə çatdırılması, onlayn alış-veriş və izləyici sorğuları daxildir. İnteraktiv TV yeni informasiya texnologiyalarının qurulmuş texnologiyalara və kommersiya strukturlarına şaquli inteqrasiya oluna biləcəyinə bir nümunədir. İnteraktiv televiziyanın inkişafından əvvəl qarşılıqlı əlaqə yalnız simulyasiya edilə bilərdi. 1950-ci illərdə interaktiv təcrübə illüziyasını təmin etmək üçün məhdud sayda cəhdlər edilirdi. Bunun ən açıq nümunəsi "Gözvuran Dink və sən" idi ki, bu, tamaşaçıları televizora bağlayacaqları vinil vərəqdə çəkməyə təşviq edirdi. QUBE 1977-ci ildən 1984-cü ilə qədər Ohayoda interaktiv kabel televiziyası xidmətini idarə edirdi. İnteraktiv "video-on-demand" (VOD) televiziya xidməti 1986-cı ildə Yaponiyada təklif edilmişdir. Burada "İnteqrasiya Olunmuş Şəbəkə Sistemi" xidmətini inkişaf etdirmək planları var idi. Bu, müxtəlif interaktiv xidmətləri, o cümlədən videotelefoniya, evdə alış-veriş, onlayn bankçılıq, uzaqdan iş və evdə əyləncə xidmətlərini əhatə etmək üçün nəzərdə tutulmuşdu.
İnteraktiv təlim
İnteraktiv təlim. İdraki və kommunikativ fəaliyyətin elə bir formasıdır ki, tədris olunan mövzunun mənimsənilməsinə proses iştirakçılarının hər biri öz töhfəsini verir. Bu prosesdə yalnız müəllimlə şagirdlər deyil, həm də şagirdlər öz aralarında söhbət və dialoq rejimində fəaliyyət göstərirlər. İnteraktiv metodlar biliklərin şagirdlərə hazır şəkildə verilməsini deyil, bu bilikləri daha çox onların özlərinin birlikdə axtarıb tapmalarına yardımı nəzərdə tutduğundan təlim prosesində müəllim təşkiledici, əlaqələndirici, istiqamətverici və məsləhətverici, şagirdlər isə təcrübəçi, tədqiqatçı və yaradıcı subyektlər kimi fəaliyyət göstərirlər.
Fəal-interaktiv təlim
Fəal-interaktiv təlim — təlim prosesinin elə təşkili formasıdır ki, burada müəllim bilikləri ötürən rolundan imtina etməklə yeni bir vəzifəni — bələdçi(fasilitator) vəzifəsini öz üzərinə götürmüş olur. Burada biliyin qrup və cütlərələ iş formalaraından müntəəzəm şəkildə istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır. Motivasiya problemə çıxaracaq məsələnin qoyulmasıdır. Onun nəticəsi tədqiqat sualı olur. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra həmin problemin araşdırılması üçün qrup işləri təşkil olunur. Hər qrup irəli sürülmüş fərziyyələrin doğruluğunu isbat etmək üçün mətn üzərində, bilik mənbələrinə nəzər salmaqla tədqiqat işlərinə cəlb olunurlar. Alınan nəticələr işçi vərəqlərində qeyd olunur. İşçi vərəqlərində işlər tamamlandıqdan sonra təqdimat mərhələsi gəlir.
Fəal interaktiv təlim

Behaviour Interactive
Behaviour Interactive (fr. Behaviour Intéractif Inc.) — videooyunlarının inkişafında ixtisaslaşan müstəqil Kanada şirkəti. 1992-ci ildə təsis edilən şirkətin baş qərargah Kanadanın Monreal şəhərində yerləşir. Şirkətin Çilinin Santyaqo şəhərində bir filialı var. == Tarix == Şirkət "Megatoon Entertainment Group" adıyla Remi Rasin tərəfindən 1992-ci ildə Kvebek şəhərində təsis edilmişdir. 1994-cü ildə Rasin, CD-ROM üçün interaktiv əyləncə proqram təminatları üzrə ixtisaslaşan Monreal-əsaslı "Multimedia Interactive" (MMI) şirkətinin təsisçilərindən biri olmuşdur. 1996-cı ildə şirkətlərin ikisi də, "Malofilm Communications" şirkətinə satılmış, 1997-ci ildə isə "Behaviour Interactive" adı altında birləşmişdilər. 1999-cu ildə Rasin və bir neçə səhmdar studiyanı geri almış, 2000-ci ildə isə adını "Artificial Mind & Movement Inc." (A2M) qoymuşdular. 2008-ci ilin noyabr ayında şirkət Santyaqo-əsaslı "Wanako Games" studiyasını "Activision Blizzard"dan almışdır. 2010-cu ildə şirkət adını yenidən "Behaviour Interactive" olaraq dəyişmişdir.
DreamWorks Interactive
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. == Tarix == === DreamWorks Interactive (1995–2000) === "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
Eidos Interactive
Eidos Interactive (deyilişi /ˈaɪdɒs/, eye-dos) – mərkəzi ofisi İngiltərədə yerləşən, oyun yaradan və nəşr edən şirkət. Hal-hazırda Square Enix şirkətinin tərkib hissəsidir. Eidos – həmçinin həyat bloklarının genetik koduna, Aristotel tərəfindən qoyulan addır. Eidos Interactive – in ABŞ, Kanada, Almaniya, Fransa, Avstraliya və Yaponiya da filialları vardır. Eidos 22 aprel 2009-cu ildə rəsmən Square Enix şirkətinin bir hissəsi olub. Square Enix Avropa filialının yenidən təşkilatlanmasından sonra Eidos Interactive yeni yaradılacaq Square Enix Europe adı altında birləşdiriləcəkdir. == Tarix == === Şirkətin yaranması və inkişafı === Sonradan Eidos-un ana şirkətinə çevrilən Eidos plc 1990-cı ildə təsis edilmişdir və Acorn Archimedes kompyuterləri üçün video sıxılması və nizamsız montaj üzrə ixtisaslanmışdır. Şirkət London fond birjasında dövr edirdi. Səhmlərin kəskin yüksəlişindən və hüquqlara dair suallardan sonra şirkət oyun sektorunda bir sıra böyük udmalar etdi. Nəticədə 1995-ci ildə Domark Group Limited (Domark), Simis və Big Red Software kimi videooyun şirkətləri Eidos tərkibinə salındı.
IO Interactive
IO Interactive — videooyunlar yaradan Danimarka şirkətidir. Şirkət 1998-ci ildə Reto-Moto qrupu tərəfindən yaradılmışdır. 2004-cü ilədək müstəqil olsa da sonradan Eidos Interactive tərəfindən alınıb. Hal-hazırda isə Square Enix şirkətinə məxsusdur. İndiyə kimi buraxılan ən məşhur oyunları, öz oyun mühərrikləri Gracier-də hazırlanılan Hitman hesab edilir.
Paradox Interactive
Paradox Interactive — İsveçin Stokholm şəhərində yerləşən, kompüter oyunlarını inkişaf etdirən, əsasən qlobal tarixi strategiyalar (xəritə üzərində oynanılan) videooyunları yaradan bir şirkətdir.
Virgin Interactive
Virgin Interactive — Birləşmiş Krallıq videooyun şirkəti, yayımçısı və istehsalçısı. Şirkət 1981-ci ildə "Virgin Games Ltd," kimi təsis edilmiş və 1987-ci ildə "Virgin Group"un bir hissəsi olan "Mastertronic" markasının satın alınması ilə əhəmiyyətli dərəcədə genişlənmişdir. 1994-cü ildə şirkət "Virgin Interactive" adlandırılmışdır. "Virgin Interactive" şirkəti "IBM PC", "Amiga", "ZX Spectrum", "Amstrad CPC", "C64", "Sega Master System", "Sega Mega Drive", "Sega Game Gear", "Super Nintendo Entertainment System" və "Sony PlayStation" kimi videooyun platformaları üçün oyun yayımlamışdır. Şirkət öz oyunlarının istehsalından daha çox başqalarının işlərinin yayımı ilə məşğul olsa da, öz oyunlarından bəziləri populyar olmuşdur. 2002-ci ilin may ayında şirkətin İspaniya filialı olan "Virgin Interactive España" Tim Çeyni tərəfindən satın alınmış və "Titus Software"in bir hissəsi olmuşdur.
3DO Interactive Multiplayer
3DO Interactive Multiplayer (və ya sadəcə 3DO) — 1993–1996-cı illərdə "Panasonic", "Sanyo", "Creative Technology" və "GoldStar" tərəfindən istehsal edilmiş videooyun konsolu. Konsol "The 3DO Company" şirkətinin texniki tələbləri əsasında istehsal olunmuşdur və ilk növbədə "New Technologies Group" işçiləri olan Deyv Nidl ilə Robert Cey Mikal tərəfindən tərtib edilmişdir. Konsolun yaradılması ideyası "Electronic Arts" korporasiyasının qurucusu Trip Hokinsə məxsusdur. Fəal marketinq kampaniyası və yeni texnologiyaların istifadəsinə baxmayaraq, konsolun qiyməti, "Sega" və "Nintendo" kimi nəhəng şirkətlərin fəaliyyəti və konsol bazarının həddən artıq məhsulla təmin olunması onun uğursuz olmasına gətirib çıxarmışdır. == Modellər == Panasonic FZ-1 R.E.A.L. 3DO Interactive Multiplayer. Panasonic FZ-10 R.E.A.L. 3DO Interactive Multiplayer. Goldstar 3DO Interactive Multiplayer. Goldstar 3DO ALIVE II . Sanyo TRY 3DO Interactive Multiplayer. Creative 3DO BLASTER. Panasonic ROBO Hotel Unit.
Just Games Interactive
Kung Fu Factory (əvvəllər Just Games Interactive) — ABŞ indi videooyun istehsalçısı. Şirkətin baş qərargahı Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. "Kung Fu Factory" şirkəti "Mortal Kombat" videooyun seriyasında üzərində işləmiş ilk üçüncü partiya istehsalçıdır. Şirkət son vaxtlar mobil oyunların istehsalı ilə məşğuldur.
Sony Interactive Entertainment
Sony Interactive Entertainment — videooyun sənayesinin müxtəlif sahələrində ixtisaslaşmış böyük bir videooyun şirkətidir. Şirkət 1993-cü il noyabrın 16-da Yaponiyanın paytaxtı Tokioda qurulub. Əvvəllər orijinal PlayStation videooyun sisteminin istehsalı ilə məşğul idi.
GT Interactive Software Corp.
Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur. == Tarixi == "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.
Disney’s Aladdin (Virgin Interactive)
Disney’s Aladdin (Virgin Interactive) — "Virgin Interactive" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur. == Məzmun == Videooyunun süjeti cizgi filminin hekayəsinə yaxındır. Cəfər küçə oğrularından biri olan Ələddini Möcüzələr mağarasına apararaq ona sehrli çırağın yerini deyir. Ələddin sehrli çırağı tapır və bu çıraqdan üç arzunu yerinə yetirən Cin çıxır. Şahzadə Jasminə vurulmuş Ələddin Cindən onu şahzadəyə döndürməsini istəyir və Əli-Ababua cildində Arabaha gələrək Jasminin könlünü almağa nail olur. Lakin Cəfər Sultanın taxtını ələ keçirdikdən sonra Jasmini əsir edir və sehrli çırağa sahib olur. Bu səbəbdən Ələddin Abu və sehrli xalçanın köməyi ilə Aqrabahı bu fəlakətdən xilas etməyə qərar verir. Ələddin müxtəlif macəralardan keçəndən sonra Cəfərlə döyüşür və ona qalib gəlir. Sonda Ələddin Jasmini xilas edir və Aqrabahda əvvəlki kimi mehribançılıq olur. Sultan isə onların evlənmələrinə razı olur.
DreamWorks Interactive L.L.C.