Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İntizar
İntizar — Türkiyəli müğənni . Kürd əsilli Türkiyə vətəndaşıdır . == Həyatı == İntizar 1974-cü ildə Türkiyənin Tunceli vilayətində anadan olmuşdur .
Elektrik intiqalı
Elektrik intiqalı — elektrik enerjisini mexaniki enerjiyə çevirən və həmin çevrilmiş enerjinin idarə olunmasını təmin edən elektromexaniki qurğuya deyilir. Elektrik intiqalı əsas etibarı ilə istehsal mexanizmlərinin hərəkət etməsi üçün tətbiq olunur. Onun struktur sxemi belədir: M -> ÖM -> İO. Burada M - mühərrik, ÖM - ötürücü mexanizm, İO - işci orqandır. Elektrik intiqalının elektrik hissəsi mühərrikdən və elektrik aparatlarından ibarətdir. Onun mexaniki hissəsi isə işçi orqanın xarakterindən asılı olaraq çarx qolu, sürgü qolu, reduktor, hərəkəti təmzimləyən sürət qutusundan və s. ibarətdir.
Lukresiyanın intiharı
İntizar (opera)
İntizar - bəstəkar Firəngiz Əlizadənin operası. Librettonun müəllifi filoloq-alim Nərgiz Paşayevadır. == Tarixçə == İlk dəfə 2007-ci ildə səhnəyə qoyulub. İlk tamaşa üzərində rejissor Cənnət Səlimova, dirijor Cavanşir Cəfərov və digər yaradıcı heyət çalışıb . 2010-cu il mayın 11-də Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində əsər yeni quruluşda təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva operaya tamaşa ediblər. Librettonun müəllifi "Üns" yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlamışdır. Tamaşanın quruluşçu rejissoru Moskva "Helikon-Opera" Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanovadır.
Amanda Toddun intiharı
Amanda Mişel Todd (ing. Amanda Michelle Todd; 27 noyabr 1996, Port Kuitlam[d], Britaniya Kolumbiyası – 10 oktyabr 2012, Port Kuitlam[d], Britaniya Kolumbiyası) — YouTubea yerləşdirdiyi videoçarxdan sonra intihar edən, Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşamış 15 yaşlı orta məktəb şagirdi. İntihar etmədən əvvəl YouTubeda yayınladığı videoda o intihar səbəbindən, Facebookda yaşadığı istismardan, çılpaq şəkillərinin İnternetdə paylaşılmasından, özü-özünə xətər yetirməsindən və ona yaxın bir insan tərəfindən hücuma məruz qalmasından bəhs edir. Videoçarx müddətində danışmayan və yalnız əlindəki kağızlara yazdığı mətnləri göstərən Todd, necə şantaj edildiyini, ona necə fiziki və mənəvi hücumların olduğunu izləyənlərə çatdırır. 10 oktyabr axşam vaxtı Kanada polisi Amandanın Port Kuitlamdakı evindən ani ölüm xəbərini almış, istintaq başlatmış, sosial media da mövzunu araşdırmaya başlamışdır. Amanda Toddun intiharı Kanadada və bir çox digər ölkələrdə sosial media vasitəsilə insanlara qarşı edilən zorakılıq mövzusunda müzakirələrə səbəb olmuşdur. Todd Kuitlamdakı CABE orta məktəbinin 10-cu sinif şagirdi idi.
İntizar (film, 1969)
== Məzmun == Burada 1919-1920-ci illərin inqilabi hadisələrindən, gənclərin bu hadisələrdə iştirakından, ana ürəyinin kövrəkliyindən və genişliyindən bəhs olunur. Güclü və zəngin daxili aləmə malik olan ana oğlundan ayrı düşməsinə, sonra onu itirməsinə mərdliklə dözür, özgə oğlan uşağını oğulluğa götürür. İnanır ki, bu uşaq vaxt gələcək onun oğlunu əvəz edəcək, oğluna layiq övlad olacaq. Ana həmin uşağı öz oğlu kimi cəsur, namuslu və xeyirxah bir insan kimi böyüməsinə çalışır. == Film haqqında == Film yazıçı Ənvər Məmmədxanlının "Ananın çırağı" hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Tofiq İsmayılovun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Ənvər Məmmədxanlı Quruluşçu rejissor: Tofiq İsmayılov Ssenari müəllifi: Tofiq İsmayılov Quruluşçu operator: İqor Boqdanov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Fərəc Qarayev Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb) Səs operatoru: Akif Nuriyev === Rollarda === Leyla Bədirbəyli — ana Şahmar Ələkbərov — oğul Mehdi Rəhimov İsmayıl Osmanlı (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
İntizar (film, 1986)
== Məzmun == Film uşaq evlərində böyüyən kimsəsiz uşaqlara həsr olunmuşdur. Kinolentdə konkret olaraq Maştağa qəsəbəsindəki 15 saylı internat məktəbində yaşayan uşaqlardan söhbət gedir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: İsa İsmayılzadə Operator: Rəfael Salamzadə, Tofiq Sultanov Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Akif Nuriyev Məsləhətçi: Y.Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 329. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.