Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İntrovert
Ekstraversiya və introversiya əsas şəxsiyyət göstəricilərindəndir və cəmiyyətlə, daxil olduğu qrup üzvləri ilə nə qədər yaxın münasibət qura biləcəyini müəyyən edir. Bu terminlər günümüzdə Karl Yunq tərəfindən məşhurlaşdırılmış və insan psixologiyasının anlaşılmasında böyük rol oynamışdır. Ekstraversiya və introversiya, Böyük Beş şəxsiyyət göstəricisindən biridir. Ümumiyyətlə insanlar, cəmiyyətə münasibətləri nöqteyi nəzərindən iki yerə bölünürlər: ekstravertlər və introvertlər. Ekstravertlər başqaları ilə ünsiyyətə həvəsli, diqqət mərkəzində olmağı, ictimai tədbirlərdə iştirakı, qrup daxilində fəaliyyəti xoşlayan şəxslərdir. Bu tipə məxsus olan insanlar, əsasən, əyləncə adamları kimi tanınırlar. Onlar rahatlıqla insanlarla ünsiyyətdə ola bilir, tez dostluq qurmağı bacarır, enerjilərini xarici mühitlərdə sərf etməyi sevirlər. Ekstravertlər ictimai fəaliyyətlərdə çox aktiv tipin nümayəndələridir. Əsasən biznes və sosial təşkilatlar, iclaslar, siyasi qruplar kimi böyük ictimaiyyəti əhatə edən tədbirlərdə öz maraqlarını nümayiş etdirməyi çox sevirlər. Bundan əlavə, onlar qruplarla iş görməyi tək başına iş görməkdən üstün tuturlar və yalnız zaman keçirməyi sevmirlər.