Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Statik İnvertor
Ümumi DC\AC çeviricilər invertor kimİ adlandırırıllar və sabit cərəyandan dəyişən cərəyan parametrlərinə uyğun qiymətdə gərginlik hasil edirlər.İnvertorlarda əsasən tristorlardan,tranzistorlardanvə bunlar kimi nəzarətçi cihazlardan istifadəolunur. İnvertorlar əsasən 3 və 1 farzlı olaraq dizayn edilirlər.Kiçik siqnal və yarım dalğa invertorları əsasən bir əvəzləmə prosesi ilə fəaliyyət göstərirlər.İnvertor qoşulma yerindən asılı olaraq online və offline adlandırılır.Əgər ümumi dəyişən cərəyan xəttində yerləşdirilsə offline,ümumi mənbə kimi olarsa online adlandırılır.
İnvertor (elektrotexnika)
İnvertor — gərginliyin dəyərini dəyişdirməklə sabit cərəyanı dəyişən cərəyana çevirmək üçün bir cihazdır. Gərginlik invertorları ayrıca bir cihaz kimi istifadə edilə bilər və ya dəyişən cərəyan elektrik enerjisi olan avadanlıq üçün mənbələrin və fasiləsiz enerji təchizatı sistemlərinin bir hissəsi ola bilər.
Abies inverta
Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur. Toxumları uzunsov (4 mm) , qəhvəyi, parıltılı sarımtıl (qırmızıyaçalan), qanadcıqlıdır. Toxum pulcuqları odunlaşmış, tərs yumurtavarı, azca qabarıq, kənarları batıq və ya dişlidir.
Inertes
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).