Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beyond the Invisible
Beyond the Invisible – 1996-cı ildə Enigma musiqi layihəsi adından çıxarılmış mahnı. Bu mahnı Le Roi Est Mort, Vive Le Roi! albomundan çıxarılmış iki sinqldan birincisidir. Sinqlın 5-track versiyasına ümumiyyətlə alboma daxil olmayan "Light of Your Smile" mahnıı da əlavə edilmişdir. Bu mahnı həm də Enigmanın yeganə sinqlıdır ki, remix versiyaları mövcud deyil. Bir Litva dini musiqisi üzərində qurulmuş mahnı Sandra Cretunun ifasıyla başlayır və Michael Cretunun vokal ifasıyla davam etdirilir. Mahnının əsasını təşkil edən melodiya qədim Latviya xalq musiqisi olan "Sajāja bramaņi"dir ki, mahnıya da həmin əsərdən Rasa xalq musiqi ansamblının ifasında bəzi parçalar əlavə edilmişdir. Ümumiyyətlə Le Roi Est Mort, Vive Le Roi! albomuna daxil olan mahnıların hamısı Gregorian dini nəğmələri və qədim etnik musiqi elementləri üzərində qurulmuşdur. Bu xüsusiyyətinə görə də albom layhənin başqa iki albomu – MCMXC a.D. və The Cross of Changes albomları ilə oxşarlıq təşkil edir.
Invincible (albom)
Invicible – Maykl Cekson onuncu və sonuncu solo studiya albomu. Albom Epic Records tərəfindən 30 oktyabr, 2001-ci il tarixində yayımlanıb. "Invicible" Jacksonun 1997-ci ildə çıxardığı Blood on the Dance Floor albomunun üstündən keçən beş il ərzində yeni mahnılar səsləndirdiyi ilk solo albomudur. Digər albomlarında olduğu kimi bu alboma daxil olan on altı mahnının da mövzusu da əsasən Ceksonun şəxsi həyat təcrübələri və müşahidələridir. Albmun üz qabığında Maykl Ceksonun sifəti beş fərqli rəngdə təsvir edilib. Mütəxəssislərin sözlərinə görə albom dinləyicilər tərəfindən maraqla qarşılanıb və böyük gəlir gətirən albomlardan birinə çevrilib. Albomdan üç sinql çıxarılıb:"You Rock My World", "Cry" and "Butterflies". Butterflies mahnısı ABŞ – dan kənarda satışa çıxarılıb. Albomun ilk və son mahnıları daha çox sevilmiş və Billboard Hot 100 Chartda ilk onluğa daxil olmuşdur. Həmçinin eyni mahnılar dünyada da çox sevilmiş, bir çox ölkələrdə ilk onluğa daxil olmuş və hətta birinciliyə qədər yüksəlmişdir.