Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fyodor Erisman
Fyodor Erisman (әsl adı Fridrix Quldreyx) (24 noyabr 1842 – 1 dekabr 1915, Sürix) - rus–isveç hәkim-gigiyenisti. Rusiyada gigiyenanın banilәrindәn biri. == Bioqrafiyası == 1865-ci ildə Sürix Universitetinin tibb fakültәsini bitirmiş, göz xәstәliklәri üzrә ixtisaslaşma keçmişdir. 1869-cu ildә Peterburqa gәlmişdir. 1873-74-cü illәrdә Maks İosif Pettenkoferin yanında biliklәrini tәkmillәşdirmişdir. Rusiyada ilk dәfә olaraq "Gigiyena dәrsliyi" (1-3 c., 1872-77) nәşr etdirmişdir. 1879-cu ildә Moskvaya köçmüş vә burada Aleksandr Poqojev, Yevqraf Osipov vә Yevstafıy Dementyevlә birgә Moskva quberniyasının sәnaye müәssisәlәrinin sanitariya müayinәsini apararaq, nәticәlәrini 17 cilddә vә 2 әlavә buraxılışda nәşr etdirmişdir. 1882-96-cı illәrdә Moskva Universitetinin gigiyena kafedrasında professor işlәmişdir. Moskvanın su kәmәrinin, kanalizasiyasının vә suvarma tarlalarının bir sıra sanitariya mәsәlәlәrini vә mәktәb gigiyenası problemlәrini işlәyib hazırlamışdır. 1896-cı ildә polis tәrәfindәn hәbs olunan tibb fakültәsi tәlәbәlәrini müdafiә etdiyinә görә universitetdәn kәnar edilmiş vә Sürixә köçmüşdür.