Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uşaqların cinsi istismarı
Pedofiliya (Uşaqların cinsi istismarı) — insan hüquqlarının daimi və çox ağır pozuntularından biridir. Üstəlik, AIDS dövründə qız uşaqları zorakılığa qarşı daha zəif olurlar və adətən insanlar tərəfindən ticarət obyektinə çevrilirlər və ya zorla seks-biznesə cəlb olunurlar. Lakin seksual zorakılığa cəlb olunan uşaqlar arasında HİV infeksiyasının dərəcəsi hələ ki, məlum deyil. Azərbaycanda uşaqların cinsi zorakılığa məruz qalması halları geniş yayılmasa da, bundan sığortalanmış da deyilik. Bir sözlə, pedofillik adlanan bu cinayət təkcə Azərbaycanın yox, bütün dünyanın problemidir. Modelyerlər hələ yetkinlik yaşına çatmamış qız uşaqları üçün dikdaban ayaqqabılar, cəlbedici alt paltarları və çimərlik paltarları hazırlayırlar. Fransada 10 yaşlı qız uşağının və cəlbedici, açıq-saçıq paltarla obyektivin qabığına keçib şəkil çəkdirməsi «pedofillik» mövzusunu gündəmə gətirib. Yetkinlik yaşına çatmış adamların yetkinlik yaşına çatmamış 4-11 yaş arasındakı uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Bütün dünyada, xüsusilə də Avropa ölkələrində pedofiliya əsas seksual cinayətlərdən biri hesab olunur. Pedofillik daha çox kişilərdə müşahidə olunur.
İstismar
İstismar - istənilən şeyin tükənməsi hesabına istifadəsi. Texniki istismar - istifadə müddəti dövründə, məmulatdan(əmək alətləri, qurğular, texniki sistem və s.) yararlanma prosesi. Təbiətin - təbii qaynaqların - yataqların, münbit torpağın, meşələrin və suların, ovçu və balıqçı örüşlərinin istismarı. İnsanın istismarı - marksist siyasi-iqtisadına aid anlayış. Başqa insanın əməyinin nəticələrinin bir hissəsinin qarşılıqsız mənimsənilməsi.