Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jeopardy!
"Jeopardy!" — yarışma janrında olan dünyaca məşhur televiziya şousuProqramın müəllifi Merv Qriffindir. Şou ilk dəfə 1964-cü il martın 30-da ABŞ-də NBC kanalında yayımlanıb.Lisenziyalı layihənin Azərbaycanda - AzTV-də yayımlanan versiyası "61!" adlanır.
Double jeopardy
Double jeopardy — eyni əmələ görə eyni əsaslar üzrə təkrar mühakimə etmənin qarşısını alan prosessual müdafiə üsulu. Double jeopardy ilə bağlı ABŞ Ali Məhkəməsinin ilk qərarlarının birində də qeyd edildiyi kimi, "qadağanın məqsədi şəxsin iki dəfə cəzalandırılmasının əleyhinə deyil, əksinə şəxsin iki dəfə təhlükə ilə üzləşməsinin qarşısını almaqdır.
Leopard 1
Leopard 1 (alm. Leopard‎) — Almaniya istehsalı olan 2-ci nəsil əsas döyüş tankıdır. İlk olaraq 1965-ci ildə Alman Federal Ordusunun (Bundeswehr) xidmətinə olmuşdur. Alman Kraus Maffei Weggman firması tərəfindən ardıcıl istehsalına 1965-ci ildə başlanılmış və 1984-cü ilə qədər istehsalı davam etdirilmişdir, Almaniyanın xaricində İtalyada da istehsal edilmişdir. Ümumi 4000 ə üzərində Leopard 1 Almaniyada çıxarılmışdır. Bu tank Bundeswehr xaricində Avstraliya, Belçika, Braziliya, Kanada, Çili, Danimarka, Yunanıstan, İtaliya, Livan, Hollandiya, Norveç və Türkiyə ordularında da istifadə edilməkdədir. Ümumilikdə 6485 Leopard 1 tankı satılmışdır. İstehsalçı ölkə: Almaniya Tip: Əsas döyüş tankı İstehsalçı firma: Kraus-Maffei Wegmann İstehsal tarixi: 1964 – 1984 Xidmətə giriş ili: 1966 – günümüzə İstehsal sayı: 6000 ədəd Ekipaj: 4 nəfər == Ölçülər == Ağırlığı: 42.4 ton Uzunluğu: 7.09 m Lülə daxil olmaqla: 9.54 m Lülənin uzunluğu: 5.89 m Eni: 3.41 m Hündürlüyü: 2.76 m Klirens: 0.44 m == Müdafiə == Zirehi: diyirlətmə homogen polad Zireh qalınlığı: 10–70 mm Sis bombaları Tank ekipajının Nüvə, Bioloji və Kimyəvi silahlarının təsirlərindən müdafiəsi (NBC qorunma) == Performans == Zəminə təzyiq: 0.85 kq/sm ² Dalış dərinliyi: 2.2 m (şnorkelsiz), 4 m (şnorkellə) Xəndək keçmə: 3 m Maneə keçmə: 1.15 m Qalxma bucağı: 60º (Dikinə); 40º (Yana) Mühərrik: MTU MB 838 Ca M500 dizel At gücü: 830 Yanacaq çəninin tutumu: 985 litr Maksimal sürət: 62 km/saat Döyüş radiusu (Hərəkət ehtiyatı və ya mənzili): 600 km Asqı tipi: fərdi burulma bar == Optik sistemlər == Komandirin optik və idarəetmə sistemi: TRP-1A Panoramik baxış sistemi: TEM 2A (8x) və (16x) böyütmə == Silahlanma == Əsas silahı: 105 mm-lik “L7A3” yivli topu Kalibr: 105 mm Lülənin qalxma bucağı: –9º... +20º Üfüqi tuşlama bucağı: 360º Mərminin başlanğıc sürəti: 737–1475 metr/saniyə Atış tezliyi: 10 atış/dəqiqədə Atəş məsafəsi: 2 km Maksimal atəş məsafəsi: 5 km Döyüş sursatı: 60 ədəd – 2 ədəd 7.62 mm “MG3” pulemyotu Kalibr: 7.62 mm Mərmi: 7.62x51 mm NATO Atış tezliyi: 1000-1300 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 820 metr/saniyə Atəş məsafəsi: 1.2 km Maksimal atəş məsafəsi: 3.75 km Mərmi sayı: 5200 ədəd == Tarixi == Bundeswehr, yeni bir tank hazırlama məqsədiylə Leopard proyektini 1956-cı ildə başladı. Bu layihənin başlama səbəbləri; Bundeswehrin əlindəki bütün tankların ABŞ istehsalı M47 və M48 tankları olması və Bundeswehrin müasir bir döyüş tankına ehtiyac duymasıydı.
Leopard 2
Leopard 2 Almaniya istehsalı 3-cü nəsil əsas döyüş tankıdır. Leopard 2 1970-ci illərin başlanğıcında dizayn olunmağa başlanmışdır. İlk nümunə 1979-cu ildə istehsal olunub. İngiltərə və Fransa xaricində 12 Avropa ölkəsinin silahlanmasında olan tankdır. Müxtəlif variantları Alman ordusu tərəfindən istifadə olunur. Tankın iki inkişaf prosesi var. Leopard 2A4 tipinə qədər olanlar düz qülləyə sahib olduğu halda, Leopard 2A5 variantından etibarən qüllə daha maili formaya sahibdir. Bütün variantlar elektron atəş sistemi, lazer məsafə ölçən və termal kameraya sahibdir. Bu tanklar 4 metr dərinliyindəki sulardan keçməyə və 1 metr hündürlüyündəki divarları dağıtmağa qadirdir. 1500 at gücü olan V12 motoruna sahibdir ki, bu da tankın 70 km/s sürətlə hərəkət etməsinə şərait yaradır.