Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köcəkli
Köcəkli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Əkinçilik və maldarlıq. == Din == Kənddə Köçəkli kənd məscidi dini icması fəaliyyət göstərir.
Kocedo
Kocedo (kor. 거제도) — Yapon dənizində, Koreya yarımadası sahillərində yerləşən, Cənubi Koreya aid olan ada. Kocedo sahəsinə görə Cənubi Koreyanın ikinci (383,44 km²) ən böyük adasıdır. Əsas yaşayış məntəqəsi Koce şəhəridir. == Tarixi == Koreya müharibəsi dönəmində adada "№ 76" saylı hərbi düşərgə olmuşdur. Burada şimali koreyalı və çinli əsirlər saxlanılırdı. 7 may 1952-ci ildə amerikan ordusunun onları köçürməsi cəhdi zamanı düşərgədə üsyan başlayır. Düşərgə rəhbəri general F. Dodd öldürülür. Sovet mənbələrinin məlumatına görə üsyanın yatırılmasında zirehli texnikalardan və kimyəvi silahlardan istifadə edilmişdir.
Afanasi Koçetkov
Afanasi Koçetkov — Aktyor. == Həyatı == Afanasi İvanoviç Koçetkov 9 mart 1930-cu ildə Kuybışev vilayətində anadan olub. Kişinyov Universitetində geologiya fakültəsində (1952), M.Şepkin adına Teatr Texnikumunda (K.O.Knebel və V.İ.Tsıqankovun kursunda, 1956) təhsil alıb. Teatr Studiyasında (1962-ci ilə qədər), A.S.Puşkin adına Moskva Dram Teatrında (1962-1979), Malıy Teatrda (1979-cu ildən) çalışıb. Rusiyanın xalq artisti (1976) Afanasi Koçetkov 25 iyun 2004-cü ildə dünyasını dəyişib.
Maks Koçetov
Maksim Koçetov (d.26 iyun 1985, Bakı) azərbaycan doom/death metal qrupu 3,14...-ün həm basçısı həm də vokalçısıdır. 2002-ci ildə Emin Kərimovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur. == İstinadlar == Maksim Koçetov 3,14...
Maksim Koçetov
Maksim Koçetov (d.26 iyun 1985, Bakı) azərbaycan doom/death metal qrupu 3,14...-ün həm basçısı həm də vokalçısıdır. 2002-ci ildə Emin Kərimovla birlikdə 3,14... qrupunun əsasını qoymuşdur. == İstinadlar == Maksim Koçetov 3,14...
Toyli Komekov
Toyli Komekov — Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-2016); Türkmənistan Dövlət İdman Komitəsinin sədri (2016-cı ildən) == Fəaliyyəti == Toyli Komekov 2009-ci ildən Türkmənistan Prezidenti yanında Xəzər dənizi üzrə Dövlət İdarəsində müdir vəzifəsində çalışıb.2010-cu ilin dekabr ayında Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub, 1 ay sonra səlahiyyətlərinin icrasına başlayıb. 2016-cı ilin sentyabr ayında Türkmənistan Dövlət İdman Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Vasili Koçerov
Vasili Qriqoryeviç Koçerov (rus. Кочеров Василий Григорьевич) — sovet ordusunun baş giziri, İkinci Dünya müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944), "Lenin" və "Qırmızı ulduz" ordenlərinin kavaleri. == Həyatı == Vasili Кoçerov 1921-ci ildə Telegino kəndində (hazırda Penza vilayətinin Kolışley rayonunda yerləşir) anadan olub. Orta məktəbi bitirdikdən sonra kolxozda işləyib. 1940-cı ilin sentyabrında sovet ordusunda xidmətə başlayıb. 1941-ci ildən döyüşlərdə iştirak edib. 24 iyul 1944-cü ildə döyüşdə həlak olub. Şutukve şəhərində dəfn edilib. "Lenin" ordeni, "Qızıl ulduz" medalı, "Vətən müharibəsi" ordeni, "Qırmızı ulduz" ordeni ilə təltif olunub. Moskvada küçələrdən birinə Vasili Koçerovun adı verilib və burada onun heykəli qoyulub.