Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Körpücük sümüyü
Körpücük sümüyü (lat. clavicula) — İnsan anatomiyasında döş sümüyü ilə kürək sümüyü arasında körpü rolunu oynayır. Yetkin bir insanda orta uzunluğu 15 sm olan uzun sümükdür, Bu, anatomik vəziyyətdə üfüqi vəziyyətdə yerləşən yeganə uzun sümükdür.
Almacıq sümüyü
Almacıq sümüyü (лат. lat. os zygomaticum) — kəllənin üz şöbəsinə aid cüt sümüklərdəndir. Almacıq sümüyü alın, gicgah sümükləri ilə müvafiq çıxıntıları ilə, əsas sümüyün böyük qanadı ilə və əng sümüyü ilə birləşir. Almacıq sümüyünün gicgah sümüyünə aid almacıq çıxıntısı ilə birləşməsindən almacıq qövsü meydana gəlir.
Alın sümüyü
Bazu sümüyü
Bazu sümüyü (lat. Os humerus) — yuxarı ətraflara aid çiyin və dirsək oynaqlarının təşkilində iştirak edən uzun lüləli bir cüt sümük. Bazu sümüyü cismdən ya diafizdən, proksimal (yaxın) və distal (uzaq) olmaqla iki başcıqdan ya epifizdən ibarətdir.
Bud sümüyü
Bud sümüyü (lat. femur, os femoris) insan skeletinin ən iri, luləli cismi silindrik formada olan sümüyü. Sümüyün proksimal epifizində bud sümüyünün başı (lat. Caput ossis femoris) yerləşir.insan bədəninin ən uzun sümüyüdür, bud sümüyü də deyilir. Anatomik pozisiyada baxdıqda sümüyün üst ucları, alt uclarına nisbətdə bir-birlərinə daha uzaqdır, aşağıya doğru hər iki tərəfin femur sümüyü bir-birlərinə yaxınlaşırlar. Femur üzərində bir çox girintili-çıxıntılı yerlər var, ancaq ümumilikdə linea intertrochanterica və facies patellaris xaric hamısı sümüyün arxa tərəfindədir.
Burun sümüyü
Burun sümüyü (lat. Os nasale), insan kəlləsinin üz hissəsində yerləşən, cüt, yastı, dördbucaqlıya yaxın formada olan sümüklərdir. İki burun sümüyü birləşərək burun piramidasının (lat. pyramis nasi) ön hissəsini və burun boşluğunun (lat. cavum nasi) yuxarı divarını təşkil edir. == Quruluşu == Burun sümüyü, aşağıdakı səthlərə və kənarlara malikdir: Facies externa (Xarici səth): Dəri ilə örtülü olan bu səth, yuxarıdan aşağıya və bir qədər bayıra doğru genişlənir. Səthin ortasında aşağıya doğru gedən burun sümüyü dəliyi (foramen nasale) yerləşir. Bu dəlikdən kiçik damarlar və sinir keçir. Facies interna (Daxili səth): Burun boşluğuna baxan bu səth, yuxarı hissəsində yivlidir və burun-kirpik siniri (lat. n.
Büzdüm sümüyü
Büzdüm sümüyü (lat. os coccygis) — inkişaf cəhətcə 4–5 fəqərədən təşkil olunmuş bir sümükdür. Bəzən bu fəqərələr ayrı-ayrı, çox vaxt isə bitişmiş olur. Büzdüm fəqərələrindən yalnız birincisini oma sümüyü ilə birləşən hissəsini — cismini və yan tərəflərə çıxan köndələn çıxıntılarını ayırd etməklə fəqərəyə bənzətmək mümkündür. Burada fəqərə qövsü tamam yox olmuşdur. I büzdüm fəqərəsinin arxasından oma sümüyünə qarşı buynuzlar — lat. cornua cocczgea çıxır. II büzdüm fəqərəsi əvvəlincidən kiçikdir, onun yalnız cismi və köndələn çıxıntıların əsasları ayırd edilir. III və IV büzdüm fəqərələri isə öz şəklinitamam itirmişdir. == Mənbə == Prof.
Döş sümüyü
Qalın mətn Döş sümüyü (yun.στέρνον, lat.sternum )— uzunsov yastı sümük olub, döş qəfəsinin ön divarının mərkəzi hissəsində yerləşərək qığırdaq vasitəsilə qabırğalara birləşir. Döş qəfəsinin təşkilində iştirak etməklə daxili üzvlərdən ürəyi, ağciyərləri, aorta qövsünü və döş aortasını xarici təsirlərdən qorumuş olur. Döş qəfəsi ürək cərrahiyyəsində döş qəfəsi məhz bu sümüyün mişarla tən boylama bölünməsi ilə yarılır. Bu əməliyyat sternotomiya adlanır. == Qurluşu == Döş sümüyü yuxarıdan sağ və soldan körpücük sümükləri, yanlardan 7 cüt qabırğa sümükləri ilə bitişmiş olur. Döş sümüyünə yuxarı hissədə döş-körpücük-məməyəbənzər əzələ (lat. musculus sternocleidomastoideus) bağlanmış olur. Döş sümüyü üç hissədən ibarətdir: Döş sümüyü dəstəyi (lat. manubrium) Döş sümüyü cismi (lat. corpus sterni) xəncərəbənzər çıxıntı (lat.
Gicgah sümüyü
Gicgah sümüyü (lat. os temporale) — kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. Kələ əsasının və yan divarlarının təşkilində iştirak edir. Onda eşitmə mə müvazinət üzvüləri, daxili yuxu arteriyası, "S"-bənzər cibin bir hissəsi, dəhliz-ilbiz siniri və üz siniri, üçlü sinirin düyünü, azan sinirinin şaxələri və dil-udlaq siniri yerləşir. Gicgah sümüyü üç hissədən ibarətdir; bunlar xarici qulaq dəliyini — lat. porus acusticus externus əhatə etmişdir. Bu dəlik öz növbəsində xarici qulaq keçəcəyinə — lat. meatus acusticus externus açılır. Xarici qulaq dəliyindən yuxarı və ön tərəfə pullu hissə və ya gicgah pulu — lat. pars squamosa (sqama temporalis — BNA), ön və aşağı tərəfdə təbil hissə — lat.
Gözyaşı sümüyü
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Mil sümüyü
Oma sümüyü
Oma sümüyü (lat. Os sacrum) — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — lat. basis ossis sacri yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — lat. promontorium təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — lat. apex ossis sacri aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — lat. foramen vertebrale vardır ki, bu dəlik aşağı doğru oma kanalı — lat. canalis sacralis ilə birləşir.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
Qabırğa sümüyü
Qabırğa (lat. costa,ae f., q.yun. πλευρά) - cüt və yastı qövs səkilli döş qəfəsinə aid sümük olub, insanda sayı 12 cütdür. Qabırğa sümüyü iki: ön qığırdağa keçən və arxa fəqərəyə birləşən ucdan, baş (lat. Caput costae), boyun (lat. collum costae) və cismdən (lat. corpus costae) ibarətdir. Qabırğa sümüyünün iki: xarici qabarıq və daxili batıq səthi var. Arxa ucunda iki oynaq səthi: qabırğa qabarcığı oynaq səthi (lat. Facies articularis tuberculi costae) və köndələn çıxıntı oynaq səthi (lat.
Qalça sümüyü
Qasıq sümüyü
Təpə sümüyü
Xış sümüyü
Xış sümüyü (lat. os vomer) kəllənin üz hissəsinə aid olan tək sümüklərdən biri. Qeyri müntəzəm dördbucaq səfhə şəklində olub, bir növ xışa bənzəyir və burun sümük arakəsməsinin aşağı qismini təşkil edir. Aşağı kənarı burun darağı ilə, ön kənarı yuxarıda xəlbir sümüyünün perpendikulyar səfhəsi ilə və aşağıda burunun qığırdaq arakəsməsi ilə birləşir. Yuxarı kənarı iki səfhəyə ayrılıb lat. alae vomeris adlanan iki qanad əmələ gətirir. Aşağı tərəfdən bunlar əsas sümük dimdiyini əhatə edirlər. Yan səthlərində sinirlərə məxsus şırımlara təsadüf edilir. Prof.
Xəlbir sümüyü
Çanaq sümüyü
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Çənə sümüyü
Əng sümüyü
Əng sümüyü —çüt sümükdür,kəllənin üz hissəsinin mərkəzində yerləşir
Ənsə sümüyü
Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir. Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir. Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2,8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir.
Damaq sümüyü