Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms)-mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Tükvari qamçılıca
Tükvari qamçılıca (Anogramma leptophylla (L.) Link) — qıjılar sinfinə aid bitki növüdür. Elmi adı : Anogramma leptopyylla (L.) Link IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1 ab(i, ii, iii, iv)+2ab(i, ii, iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Birillik bitkidir, 5-20 sm hündürlükdədir. Steril yarpaqları qısa, saplaqlı, böyrəkvari; seqmentləri yelpiy şəkillidir; fertil yarpaqları oval-lansetvari, saplağı qırmızı-qonur, uzun; ikinci sıra seqmentləri pazvari tərc-oval şəkillidir; bəzən bir bitkidə bütövlükdə yarpaqların fertil olması müşahidə olunur; sporların üçşüalıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Sporlarla çoxalır, sporların yetişmə dövrü may-iyun aylarına təsadüf edir. Aşağı və orta dağlıq qurşağın kölgəli meşə formasiyalarında və qaya çatlarında bitir. Petrofitdir. Dekorativ bitkidir. == Yayılması == Abşeron (Puta stansiyasından 6 km şimal-qərbə doğru, Korgöz dağının qərb yamacında (qaya çatlarında); Lənkəran ovalığı (Nisyaku dağı, Alekseyevka kəndi, əkin sahəsinin kənarları; Astara rayonu, Pensər kəndinin ətrafı).
Tükvari sümürgə
Tükvari sümürgə (lat. Asplenium trichomanes) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. == Sinonimləri == Asplenium melanocaulon Willd. Asplenium trichomanes subsp. trichomanes Chamaefilix trichomanes (L.) Farw.