Gövhəriyyə mədrəsəsi
Gövhəriyyə mədrəsəsi-Şuşa şəhərində Gövhərağa məscidinin nəzdində fəaliyyət göstərirdi.
== Mədrəsənin tarixi ==
1864-cü ildə Gövhər ağa vəqf gəliri hesabına 175 min manat qızıl pul xərcləyərək Böyük Cümə məsacidini əsaslı surətdə bərpa etdirdikdən sonra hücrələrdən birini mədrəsə üçün ayırmışdı. Burda oxuyan yoxsul uşaqların hamısı onun hesabına təhsil alırdı. Bu məktəb el arasında "Gövhəriyyə məktəbi" adlandırılırdı. 1917-ci ildə məktəbin nəzdində müsəlman tələbə komitəsininin təşəbbüsü ilə pulsuz kitabxana zalı açılmışdı.
1875-ci ildə Gövhərağa məscidinin ruhaniləri. (Cümə məscidi)-Baş molla Mirzə Fətəli Molla Əlipənah oğlu (Mirzəyev-Ə. Ç), mollalar: Mirzə Məhəmməd Mirzə Əbülqasım oğlu (Haqverdiyev-Ə. Ç.), Molla Şükür Məhərrəm oğlu (Məhərrəmzadə-Ə. Ç.), Molla Abbasqulu Molla Nuri oğlu (Qazıbəyov-Ə. Ç.), Mirzə Həsən Mirzə Qasım oğlu Əmirov.