Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kumul xanlığı
Kumul xanlığı — (uyğ. قۇمۇل خانلىقى) Hamian çökəkliyində yerləşən feodal türk dövləti (Monqolustanın Xoşun ərazisi daxil). Kumul xanları Çağatay ulusu xanlarının birbaşa nəslindən idilər. 1696-cı ildə Sin dövlətinin asıllığını qəbul etmişdilər. 1930-cu ildə Çin Respublikasının Sintszyan vilayətinin qubernatoru Tsin Şujen tərəfindən ləğv edilmişdir. Müsir dövrdə xanlıq indiki Sincanın Hami vilayətinin ərazisini əhatə edirdi. == Tarixi == === Yaranması === Min İmparatorluğu turfanlar və Min arasındakı qarşıdurmada böyük rol oynayan Kumul Xanlığı ilə (başqa adı Kara-Del) xərac vernə səviyyəsində münasibətlər qurmuşdu. Xanlıq Minə xərac verirdi. Səid Babanın xan olduğu vaxt Kumul Xanlığı 1646-cı ildə Sin sülaləsinin Min sülaləsinə qarşı üsyanı zamanı Min sülaləsi dəstəkləyən çinli müsəlmanlara kömək göstərirdi. Min tərəfdarlarının məğlubiyyətindən və Kumul şahzadəsi Turumtainin döyüşlərdə Sin qoşunu tərəfindən öldürüldüyündən sonra Kumul xanlığı Sin sülaləsinin hakimiyyətini qəbul etdi.
Kumul üsyanı
Kumul üsyanı — 1931-1934-cü illəri əhatə edən və Haminin uyğur əhalisinin çıxışları ilə başlayan Çin Respublikasının Sincan əyalətindəki müsəlman xalqların milli azadlıq hərəkatı. Üsyanın əsas hərəkətverici qüvvəsi uyğurların milli və islami birlikləri olsa da, onun tərkibi çoxmillətli idi. Əsasən Şərqi Türkistanda yaşayan müsəlman xalqlar: qazaxlar, qırğızlar və hueylər üsyanda iştirak edirdi. Sincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Huey hərbi birliklərinin komandiri general Ma Çonq Sincan valisi Sin Şureni devirmək istəyirdi. Homindan isə Sovet İttifaqı ilə əlaqələri səbəbiylə Şurenin dəyişməsini istəyirdi və buna görə də Sini qubernator kimi tanıdığını göstərərək, üsyana ilk vaxtlarda müdaxilə etmədi. Üsyan genişləndikcə uyğur üsyançıları qırğız üsyançıları ilə birlikdə ayrı-ayrılıqda müstəqillik mübarizəsinə başladıqda genişmiqyaslı döyüşlərə çevrildi.