Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fürerçilik
Fürerçilik və ya fürer prinsipi (alm. Führerprinzip‎) — Nasist Almaniyasının siyasi sisteminin bir növ qeyri-rəsmi əsas prinsipi. Burada fürerin sözü bütün yazılı qanunlardan üstündür. Dövlət siyasəti, qərarlar və bürokratiya bu prinsipə əməl etməlidir. Real siyasi istifadədə fürerçilik vojdizmdir və əsasən hər hansı bir diktatura praktikasına, o cümlədən demək olar ki, hər hansı bir siyasi partiyanın sıralarına aid edilir və müvafiq olaraq, siyasi faşizmin bütün əlamətlərinə malikdir. Məsələn, nasist təbliğatı Adolf Hitlerin şəxsiyyətinə pərəstişkarlığı "komitələrin, bürokratların və parlamentlərin çətinliklərinə qalib gələn yeganə qəhrəman lider" kimi geniş şəkildə ucaltmışdır. Eyni şeyi Mussolininin böyüklüyünü tərifləyən İtaliya təbliğatı və SSRİ-də Stalinin şəxsiyyətinə pərəstişin aşılanması ilə məşğul olan sovet təbliğatı etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Koonz, Claudia (2003) The Nazi Conscience, Belknap. ISBN 0-674-01172-4 Leiser, Erwin (1975) Nazi Cinema, New York: Macmillan. ISBN 0-02-570230-0 Mitcham, Samuel W. (1996) Why Hitler?
Kürəkcik
Kürəkcik (paddle) – kompüter oyunlarında: xüsusən obyekti ekranda şaquli və üfüqi hərəkət etdirmək üçün istifadə olunan manipulyator. Oyunun idarə olunması dəstəyin döndərilməsi vasitəsilə həyata keçirilir. Beləliklə, ekranda obyekti (məsələn, tennis raketini) bir ox üzrə (iki istiqamətdə) hərəkət etdirmək olur. Hansısa başqa hərəkətləri yerinə yetirmək üçün əlavə düymələri də ola bilər. Belə manipulyatorlar 1970-ci illərdə istifadə olunurdu və 1980-ci illərin ortalarında, demək olar ki, “yoxa çıxdı”, onların yerini daha rahat olan coystiklər tutdu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.