Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
II Ruprext (Pfals kürfüstü)
Sərt Ruprext (alm. Ruprecht II der Harte‎) və ya Ciddi Ruprext (alm. Ruprecht II der Ernste‎; 12 may 1325, Amberq, Yuxarı Pfalts – 6 yanvar 1398, Amberq, Yuxarı Pfalts) — Vittelsbax sülaləsindən 1390–1398-ci illərdə hakimiyyətdə olmuş Pfals kürfürstü. == İlk illəri == Ruprext 1325-ci ildə, Amberqdə doğulmuşdu. Valideynləri Dürüst Adolf və Irmenqard fon Ettinqen idi. Ruprextin atası Adolf 1327-ci ildə öz mirasına görə uğursuzcasına mübarizə apararaq vəfat etmişdi. Həmin onun əmisi İmperator Lüdviq Reyn Pfaltsını işğal etmişdi. Gənc şahzadə buna görə də avstriyapərəst əmisi Nassau-Veylburq qrafı I İohannın himayəsi altında böyüdü. 1329-cu ildə Pavia müqaviləsində Bavariyalı Lüdviq Pfalsı Adolfun qardaşları Rudolf və Ruprextə qaytardı. Dörd yaşlı II Ruprext vəfat etmiş atası Adolfun yerinə mirasa daxil edildi.