Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Passiflora kermesina
Passiflora kermesina (lat. Passiflora kermesina) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Macar Klementina
Macar Klementina (fr. Clémence de Hongrie; 8 fevral 1293, Neapol – 13 oktyabr 1328, Paris) — Fransa kralı X Lüdovikin ikinci xanımı, Fransa kraliçası.Atası Neapol kralı II Karlın böyük oğlu və Macarıstanın de-yure kralı Anjulu Karl Martel, anası isə Almaniya kralı I Rudolfun qızı Klemensdir. Hər iki valideynini uşaq yaşlarında itirən Klementina nənəsi Macarıstanlı Mariyanın himayəsində böyüdü. Ailəsi Macar taxtı üzərində haqq iddia etdiyi üçün, Neapolda doğulsa da, Klementina əsl macar əsilzadəsi kimi böyüdüldü. 19 avqust 1315-ci ildə yenicə Fransa kralı olan X Lüdoviklə evləndirildi. Kralın ilk xanımı Burqundiyalı Marqarita adı Nesl skandalında hallandığı üçün qaynatası tərəfindən həbs edilmiş, buna baxmayaraq əri taxta çıxdığı üçün tacqoyma mərasimi keçirilməsə də, faktiki olaraq Fransa kraliçası olmuşdu. Ancaq cəmi bir neçə ay sonra həbs tutulduğu Normandiyadakı Qaylard qalasında şübhəli vəziyyətdə öldü və ya öldürüldü. Burqundiyalı Marqaritanın ölümündən cəmi 5 gün sonra kralla evlənən Klementina, 24 avqustda Reymsdə keçirilən təntənəli tacqoyma mərasimiylə Fransa kraliçası elan edildi. Ancaq cəmi bir il sonra - 5 iyun 1316-cı ildə X Lüdovik geridə oğul övladı olmadan vəfat etdi. O əsnada hamilə olan Klementinanın oğul övladı dünyaya gətirməsi ümid edildi.
Trichilia emetica
Trichilia emetica (lat. Trichilia emetica) meliekimilər fəsiləsinin trichilia cinsinə aid bitki növü.