Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arqişti Kərəmyan
Arqişti Elbəyi Kərəmyan (Erm: Արգիշտի Էլբեկի Քյարամյան, Arqişti Elbeki Kyaramyan; 22 may 1991, Eranos, Aşağı Qaranlıq rayonu) — Ermənistan Milli Təhlükəsizlik Ximdətinin sabiq direktoru. == Həyatı == 2009–2011-ci illərdə hərbi xidmət olan Arqişti Kərəmyan, 2013-cü ildə İrəvan Dövlət Universitetinin hüquq fakultəsindən məzun olmuş, həmin ildən etibarən polis orqanlarında, 2014-cü ildən etibarən isə Ermənistan Respublikası İstintaq komitəsində müstəntiq olaraq fəaliyyət göstərmişdir. 2015-ci ildə Ermənistan Respublikasının Hüquq akademiyasında prokurorluq kurslarında iştirak etmiş, 2016-cı ildə İrəvan Dövlət Universitetində hüquq üzrə magistratura təhsilini tamamlamışdır. 2016-cı ildən 2018-ci ilə qədər Şirak rayonunda, daha sonra isə İrəvan şəhərində prokuror kimi fəaliyyət göstərmişdir. 2018-ci ilin iyun ayından etibarən müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış, 2020-ci ilin may ayında MTX-nın rəhbərliyinə gətirilmiş və 2020-ci ilin iyun ayında isə MTX-nin direktoru kimi təsdiqlənmişdir. A.Kərəmyan Ermənistanla Azərbaycan arasında yaşanan II Qarabağ Müharibəsinin gedişində (8 oktyabr 2020) MTX direktoru vəzifəsindən azad edilmişdir. O, 24 dekabr 2020-ci il tarixində Ermənistan İstintaq Komitəsinin sədr müavini təyin olunmuşdur. Evlidir, 2 övladı var.
Argişti Kərəmyan

Kərəmpa oymağı
Kərəmpa oymağı — Azərbaycan tarixində rol oynamış oymaqlardan biri. Bu oymaq öncə müstəqil halda Sivas və Amasiya ətrafında yaşam sürürdü. Sonra Ustaclı elinə qoşulub yaylaq-qışlaq güzəranı keçirmişdi. O zaman Kərəmpa oymağının başçısı Əhməd ağa idi. I Şah İsmayıl Səfəvinin bu bölgələrə gəlişi zamanı Ustaclı eli ilə birlikdə Qızılbaş tayfa ittifaqına qatılmışdı. Əli bəy Əhməd ağa oğlu I Şah Təhmasib Səfəvinin yaxınları cərgəsində idi. Bu oymaqdan çıxan Çıraq bəy şahdan aldığı sultan ünvanı ilə Dərbənd hakim təyin edilmişdi. Əhməd bəy Kərəmpa-Ustaclı isə Sultan Şah Məhəmməd Xudabəndə Səfəvi inin və I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində Qızılbaş ordusunun görkəmli sərkərdələrindən olmuşdu. Kərəmpa oymağı Ustaclı tayfasının tərkibindən çıxıb Kəngərli elinə qatıldı. Naxçıvan xanları bu oymağı Dərəlyəz nahiyyəsində yerləşdirdilər.