Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərkincək qızılquş
Kərkincək qızılquş (lat. Falco vespertinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == 28–30 sm ölçüdə kiçik yırtıcı quşdur. Erkək fərdlər üçün bozumtul göy rəngli bel və qarın hissə, qırmızımtıl ayaqlar, dimdik və göz ətrafı halqa xarakterikdir. Dişilərdə sinə və qarın hissə narıncı rəngdədir. Göz ətrafı halqa qaradır. == Yayılması == Şərqi Avropada, Qərbi və Mərkəzi Asiyada yuvalayır. Qışlamaq üçün Afrika ölkələrinə köç edir. Azərbaycanda olduqca azsaylı növdür.
Typhlodromus kerkirae
Typhlodromus kerkirae (lat. Typhlodromus kerkirae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus kerkirae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Kerkini su anbarı
Kerkini su anbarı (yun. Λίμνη Κερκίνη) — Yunanıstanın şimalında, Serre nomunun şimal-qərbində yerləşən su anbarı. Su anbarı Yunanıstan-Bolqarıstan sərhəddindən 47 km, Serro nomunun paytaxtından 20 km, Sidirokastro şəhərindən 10 km məsafədə yerləşir. Su anbarı 1932-ci ildə Struma çayının üzərində, irriqasiya işlərinin aparılması və çayın tez-tez daşmasının qarşısını önləmək məqsədi ilə i8nşa edilmişdir. 1983 və 1987-ci illərdə anbarda genişləndirmə işləri aparılmışdır. Onun su səthinin sahəsi 109,96 km², su toplayıcı sahəsi isə 11 520 km²-dir. Su anbarının ərazisi bölgə canlılarını özünə cəlb etdiyindən Natura 2000 zonasına daxil edilmişdir. Su anbarı Kerkini və Movravuni dağlarının arasında yerləşən alluyvial düzənlikdə yerləşir. Bu düzənlik keçmişdə bataqlaşmış ərazidən ibarət idi. Su anbarını Struma çayı qidalandırır.