Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsəbilik
Əsəbilik xəstəliklərin beynalxalq təsnifstında R45.0 nömrəsi ilə kodlanan daxili stabilliyinin pzulması ilə özünü büruzə verən və özünü idarə etmənin nisbi itirlməsi ilə nəticələnən bir psixiki patologiyadır. Bu geniş istifadə edilən və görülən halın əlaməti gözlərin tez-tez hərəkət etməsi, əllərin gərgin olması, vargər ermək, tez-tez və kontrolsuz danışmaq, tərləmə, ürəkdöyünmə, əsmə və s. aiddir.
Kətəbəli xalçaları
Kətəbəli xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).
Qələbəlik adamı (hekayə)
Qələbəlik adamı (ing. The Man of the Crowd) — Edqar Allan Po tərəfindən 1840-cı ildə yazılmış hekayə. Hekayə adı məlum olmayan şəxsin dilindən danışılır və əsas məzmunu həmin şəxsin London küçələrində bir nəfəri təqib etməsindən ibarətdir. == Məzmun == Naməlum xəstəlik keçirən hekayənin əsas qəhrəmanı, London şəhərində adı göstərilməyən bir restoranda əyləşir. Əsər boyu qəhrəmanının adı çəkilmir. Qəhrəman restoranın pəncərəsindən küçədə ora-bura hərəkət edən kütləni maraqla seyr edir. İnsanlar maraqla və həvəslə hərəkət edir, ora-bura qaçırlar. Qəhrəman restoranda oturduğu yerdən, küçədə olan insanları beynində xəyali şəkildə müxtəlif kateqoriyalara bölür və onların kimliklərini özü üçün müəyyən etməyə çalışır. Gecənin düşməsinə yaxın, kütlənin arasından digər insanlardan fərqlənən bir sima, qəhrəmanın diqqətini cəlb edir. Altmış beş — yetmiş yaş arasında olan həmin sima sahibinin üzündə qəhrəmanın fikrincə mütləq bir azadlıq vardır.