Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır. Əksəriyyət şişlər kimi öd kisəsi xərçənginin də etioloqiya və patogenezi dəqiq məlum deyil. Lakin bəzi amillərin kisədə malignizasiya törədə bildiyi ortaya çıxmışdır. Xərçəngönü vəziyyətlərə öd kisəsi adenoması, kirəcləşmiş öd kisəsi, yaşlılarda böyük (> 2 sm) daş, salmonelloz kisə aid edilir. Xərçəng olan öd kisələrində əksər hallarda (~80%) daş və ya adenomatoz poliplər tapılır. Ona görə də bu vəziyyətlərdə erkən xolesistektomiya məsləhət görülür.
Avropa cəmiyyətinin təsisinə dair Roma müqaviləsi
Roma müqaviləsi — 1957-ci ildə Almaniya Federativ Respublikası, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin ləğvi barədə bağlanmış beynəlxalq müqavilə.
Kesəcin (Miyanə)
Kesəcin (fars. كسجين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (44 ailə).
Keşənne (Auırqazı)
Keşənne (başq. Кешәннe, rus. Кшанны) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 9 km, kənd sovetliyindən (Yeni Kəlsir): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (57 %), başqırdlar (42%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Bəxti Minliyər oğlu Ğaysin (1930 — 1991) — akkordeonist, bəstəkar, BMSSR xalq artisti (1962), RSFSR əməkdar artisti (1986).
Keşənne (Avurğazı)
Keşənne (başq. Кешәннe, rus. Кшанны) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 9 km, kənd sovetliyindən (Yeni Kəlsir): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (57 %), başqırdlar (42%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Bəxti Minliyər oğlu Ğaysin (1930 — 1991) — akkordeonist, bəstəkar, BMSSR xalq artisti (1962), RSFSR əməkdar artisti (1986).
Bəndəbikə kəşənə
Bəndəbikə kəşənə (başq. Бәндәбикә кәшәнәһе, rus. Кэшэнэ Бэндэбикэ) — 15-16 əsrə aid başqırd mədəniyyətinin tarixi və memarlıq abidəsi, Bəndəbikənin məqbərəsi. Başqırd əfsanəsinə görə, Bəndəbikə müdrikliyi ilə məşhurlaşan qadındır. O, başqırd tayfaları arasındakı çəkişmələrin dayandırılmasını dəstəkləyirdi. Eyni əfsanəyə görə, Bəndəbikə başqırdlarla qazaxlar arasında uzunmüddətli sülhün bərqərar olmasına töhfə vermişdir. Abidə Niyaz Majitovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya tərəfindən 1968-1969-cu illərdə tədqiq edilmişdir. Strukturuna görə, məqbərə təməldən 8.7 * 7 m olan düzbucaqdan ibarət idi, divarların yuxarısında səkkizüzlü forması yaranırdı, bina günbəz ilə tamamlanırdı. Hörgü iki rəngli kərpicdən hazırlanmışdır. Boz fonda qırmızı kərpiclərlə küknar naxışı hazırlanmışdır.
Sesine-Parize
Sesine-Parize (fr. Seyssinet-Pariset) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38485. Kommunanın 2007-ci il üçün əhalisi 12582 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 209 ilə 1 565 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 3 km şimal-qərbdə yerləşir.
İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973)
"İvan Vasilyeviç peşəsini dəyişir" (rus. Иван Васильевич меняет профессию) — rejissor Leonid Qaydayın filmi. İxtiraçı Aleksandr Sergeyeviç Timofeyev (Şurik) zaman maşını icad edir. Onun saysız eksperimentləri nəticəsində bir gün maşın tüstüləyir və partlayış baş verir. Şurik özündən gedir. Şurikin arvadı olan kinoaktrisa Zina ondan ayrılacağını deyir. O, yeni sevgilisi – kinorejissor Yakinlə birgə səyahətə gedirlər. Bu zaman oğru-residivist Corc Miloslavski Şurikin qonşusu diş həkimi Anton Şpakın mənzilinə soxularaq onu qarət edir. Onun təcrübələrindən təngə gəlmiş ev müdiri İvan Vasilyeviç Şurikə yenidən sakinlərin şikayətini çatdırır. Şurik İvan Vasilyeviçin iştirakı ilə öz zaman maşınını işə salır və bu zaman Şurikin və Şpakın mənzilləri arasında olan divar yoxa çıxır.