Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sabahat Ərdoğan Sarıtaş
Sabahat Ərdoğan Sarıtaş (1988, Siirt ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Sabahat Ərdoğan Sarıtaş 1988-ci ildə Siirt ilində anadan olub. Qadın hüquqları müdafiəçisi olaraq tanınır. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Siirt ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 1 uşaq anasıdır.
Kayahan
Kayahan Açar (azərb. Qayaxan Açar‎; d. 29 mart 1949, İzmir, İzmir ili, Türkiyə – ö. 3 aprel 2015, İstanbul, İstanbul ili, Türkiyə) — Türk pop müğənnisi və bəstəkarıdır. Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində Gecələr Prospekti və Mavilim Küçəsində yaşayəb. Bu kənddəki bütün prospekt və küçələr, Kayahanın mahnılarının adlarından ibarətdir. == Karyerası == Kayahan ilk olaraq məşhur müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başladı. Nilufərin ifa etdiyi "Geceler", "Kar Taneleri", "Esmer Günler" mahnıları çox sevildi. Müğənni hazırladığı bütün albomları bir şüarla tanıdırdı.
Çabahar
Çabahar — İranın Sistan və Bəlucistan ostanının cənub-şərqində yerləşən şəhər. Bu şəhər İranın yeganə okean limanıdır ki, Hind okeanı və Umman körfəzi sahillərində yerləşib. Əhalinin əksəriyyəti bəluclardır. Çabahar əhalisi Bəluc dilində danışır və əsasən sünni müsəlmandırlar.
Kabataş Liseyi
Kabataş Liseyi — 1908-ci ildən bəri təhsil edən, Türkiyənin ən köhnə və seçmə liseylərindən biridir. Quruluşundan bəri məzunları Türkiyənin və Dünyanın bir çox ölkələrində müxtəlif sahələrdə yüksək müvəffəqiyyət qazanmışlar. Ayrıca Kabataş Liseyi tarixi boyunca bir çox məşhur Türk ədəbiyyatçılarının təhsil heyətlərində vəzifə yerinə yetirmiş olmalarıyla tanınar. Ayrıca Kabataş Liseyində bir çox məşhur film, serial və reklam çəkilmişdir. İstanbulun tarixi məktəblərindən biridir. Ana kampusu İstanbulun Ortaköy səmtində dəniz kənarında yerləşir. Milli Təhsil Nazirliyinin etdiyi Səviyyə Təyin etmə İmtahanı (SBS) nəticəsində seçim edib bu liseyi qazanan qız və kişi şagirdlər bu liseyə getməyə imkan qazanarlar. Kabataş Liseyində hələ də 900 ətraflarında lisey şagirdi oxumaqdadır. şagirdlərin 250-ə yaxın hissəsi yatışlıdır. Qız və kişi yatışlı hissələri vardır.
Nəbahat Çehrə
Nəbahat Çehrə (türk. Nebahat Çehre; 15 mart 1944, Samsun) — məşhur Türkiyə aktrisası. Nəbahat Çehrə 15 mart 1944-cü ildə Samsunda dörd uşaqlı bir ailədə dünyaya gəlib. Ailənin yeganə qızı olan Çehrə ana tərəfdən gürcü, ata tərəfdən laz mənşəlidir. Beş yaşında ikən ailəsi İstanbula köçən Çehrə 15 yaşında "Türkiyə gözəli" seçilmişdir. 1961-ci ildə "Yaban gülüm" filmi ilə ilk dəfə səhnəyə qədəm qoydu. 1964-cü ildə Yılmaz Güneylə tanış olub "Kamalı Zeybək" filmində çəkildi və 30 yanvar 1967-ci ildə Yılmaz Güneylə ailə həyatı qurdu. "Ölkə məsələlərindən həyata baxışına qədər hər mövzuda məlumat əldə etməsində Yılmaz Güneyin böyük rolu oldu. O zamanlar ayaqları üzərində dura bilməyən gənc qız, yəni mən işin ciddiyyətini Yılmazdan öyrəndim" deyən Nəbahat Çehrə Güneyin təcrübəsindən çox şey öyrəndiyini bildirmişdir. Bir müddət kinodan uzaq qalan Çehrə, Güneydən boşandıqdan sonra yenidən səhnəyə qayıdır.
Çabahar şəhristanı
Çabahar şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çabahar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 214,017 nəfər və 41,532 ailədən ibarət idi.
Fatih Karahan
Yaşar Fatih Karahan (1982, Əskişəhər ), türk iqtisadçısı və Türkiyə Respublikası Mərkəzi Bankının hazırkı prezidenti. == Təhsili == Yaşar Fatih Karahan 1982-ci ildə Əskişəhərdə anadan olub. 2006-cı ildə Boğaziçi Universitetinin Mühəndislik fakültəsini sənaye mühəndisliyi və Ədəbiyyat fakültəsinin riyaziyyat bölməsini bakalavr dərəcəsi ilə bitirib. O , ABŞ- a gedib və Pensilvaniya Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb və 2012-ci ilin may ayında həmin məktəbdə doktorluq proqramını başa vurub. == Karyerası == O, karyerasına 2012-ci ilin iyul ayında Nyu Yorkmərkəzi Bankının Mikroiqtisadi Araşdırmalar Departamentində iqtisadçı kimi başlayıb. 2022-ci ilə qədər bankda əmək və məhsul bazarı araşdırmalarının rəhbəri və pul siyasəti üzrə məsləhətçi vəzifələrində çalışıb. Həmin il o, ABŞ-ın Amazon şirkətində ekspert iqtisadçı kimi işə başlayıb və 2022-ci ilin noyabrında şirkətdə baş ekspert iqtisadçı vəzifəsinə təyin edilib. Karahanın əsas araşdırma sahələrinə əmək bazarı siyasətləri, gəlir riskinin mənzil bazarına makroiqtisadi təsirləri və firma dinamikası daxildir. Onun tədqiqatı həmçinin 2008-2012-ci Qlobal İqtisadi Böhran zamanı işsizlikdə coğrafi uyğunsuzluğun roluna, həyat dövrü ərzində qazanc şoklarının davamlılığına və bacarıq gəlirlərinin kollec mükafatına təsirinə yönəlmişdir. 2 fevral 2024-cü ildə Erkanın əfv istəməsindən bir gün sonra prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilb.
Kabataş (İstanbul metropoliteni)
Kabataş metrostansiyası (türk. Kabataş metro istasyonu) — İstanbulda yerləşən tramvay-funikulyor-bərə ötürmə mərkəzidir. 20 aprel 1996-cı ildə istifadəyə verildi. M7 (Kabataş-Esenyurt) metro xəttinin tikintisi başa çatdıqdan sonra metro əlaqəsi də təmin ediləcəkdir. Stansiyaya 22, 25E, 26, 26A, 26B, 27E, 27SE, 28, 28T, 29C, 29D, 30D, 41E, 43R, 58A, 58N, 58S, 58UL, 62, 63, 70KE nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
Kalafat Mehmed Paşa
Kalafat Mehmed Paşa (Sofiya, Osmanlı imperiyası – 8 may 1793, Gelibolu, Osmanlı imperiyası) — I Əbdülhəmid səltənətində ümumilikdə 11 ay 21 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Həyatından bəhs edən tarixi mənbələrdə Sofiya yaxınlığındakı bir kənddə doğulduğu, yerli əyanlardan Çələbi Mehmed ağanın imarətində kəhya olaraq xidmət edərkən İslamı qəbul etdiyi və daha sonra gəldiyi İstanbulda yeniçəri ocağına yazıldığı bildirilir. Buradakı xidmət müddəti boyunca hansısa bir ləqəb almamasına kinayəylə Mülakkab (ləqəbsiz) Mehmed ağa olaraq anılmış, kalafat ləqəbini isə sədarəti dönəmində qazanmışdır. Çağdaşı olan bir çox tarixçi onun bir illik sədarətinin xələfi Qaravəzir Mehmed Paşa üçün hazırlandığını iddia edərək, "gəmilərin qatranlanması üçün xizək üzərinə alınması" mənasını verən kalafat ləqəbini Mehmed Paşaya məhz bu səbəblə vermişdir. Onu yeniçəri ocağına daxil edən Kilçizadə Mustafa ağanın yeniçəri ağası olmasıyla, 1748-ci ilin fervalında onun silahdarlığına təyin olunan Mehmed ağa uzun illər ocaq daxilində fərqli vəzifələrdə xidmət etdi və 12 avqust 1770-ci ildə yeniçəri ağalığına gətirildi. Ancaq bu vəzifədə üç ay qala bildi. Belə ki, davam edən müharibə səbəbilə sayı azalan və nizamı pozulan ordunu tənzimləməkdən aciz olması bəhanə edilərək həmin il 29 noyabrda vəzifədən alındı və Təkirdağa sürgün edildi. Onun bağışlanaraq İstanbula qayıtması isə III Mustafanın vəfatından sonra reallaşdı. Belə ki, I Əbdülhəmidin göndərdiyi fərmanla 19 mart 1777-ci ildə ikinci dəfə yeniçəri ağalığına təyin olundu. Kiçik Qaynarca sülhündən sonra ruslara qarşı tədbir görmək və müharibədə hərbi uğur qazana biləcək yeni bir sədrəzəm axtarışında olan Sultan Əbdülhəmidin əmriylə yeniçəri ağalığından birbaşa sədrəzəmliyə təyin edilmişdir (1 sentyabr 1778).
Narahat ayaqlar sindromu
Narahat ayaqlar sindromu — yuxu ya da istirahət zamanı (oturarkən və ya yatarkən) ayaqlarda hiss edilən rahatsızlıq, uyuşma bəzən də tam olaraq ifadə olunmayan bir hissdir. Bu xoş olmuyan hissə görə insan ayaqlarını hərəkət etdirir ki bu zaman da əlamətlər aradan qalxır. İdiopatik və simptomatik olaraq iki qrupa bölünür. 1-Ayaqlarda xoş olmayan və rahatsızlıq verici hiss ilə birlikdə olan hərəkət etmə istəyi (bəzən xoş olmayan hiss olmaya bilər və ya bəzən ayaqlardan əlavə olaraq qollar və ya digər bədən bölgələrində də olabilir) 2-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss, hərəkətsizlik və ya istirahat zamanı, yatma ve oturma zamanı artır. 3-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss harəkətlə qismən və ya tamamən rahatlar və ən azından hərəkət davam etdiyi müddətdə azalır. 4-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss axşam və ya gecə ortaya çıxar və ya gündüzlə müqayidədə artar. Simptomatik Narahat ayaqlar sindromu uremiya, neyropatiya və dəmir çatışmazlığı anemiyası zamanı çox müşahidə olunmaqla yanaşı, nadir olaraq revmatoid artrit, diabetus mellitus, hiper ve hipotiroizm, xronik ağciyər xəstəlikləri, leykoz, Isaacs sindromu zamanı rast gəlinir. Tourette sindromu və uşaqlarda diqqət pozulmalı hiperaktivlik sındromu ilə Narahat ayaqlar sindromunun birlikdə müşahidə olunması bildirilmişdir. Narahat ayaqlar sindromu nədir ?
Çabahar palçıq vulkanları
Çabahar palçıq vulkanları — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanında yerləşən palçıq vulkanları. Palçıq vulkanı, Çabahar şəhristanının şimali qərbində kəhir adlı geniş bir düzənlikdə yer alıb və palçıq atmaq ilə yanaşı yüksələn qazdır ki, yer altında yaranıb.
Narahat vəziyyətdə işgəncə
Narahat vəziyyətdə işgəncə (ing. Stress position) — işgəncəyə məruz qalan şəxsin bədən mövqeyini narahat vəziyyətdə tutmağa və uzun müddət saxlamağa məcbur edildiyi, ağrılı hisslər vermə üsullarından biri. Müasir dindirmə praktikasında geniş tətbiq olunur (məsələn, " təkmilləşdirilmiş dindirmə üsulları ") ona görə ki, bu proseduru tətbiq etdikdən sonra qurbanın bədənində hər hansı aşkar xarici zorakılıq izlərinin qalması olduqca nadirdir. Bu, bir çox insan haqları təşkilatları (Human Rights First и Physicians for Human Rights) tərəfindən işgəncə hesab olunur. MKİ-nin tətbiq etdiyi dindirmə qaydalarına əsasən, bu tip hadisələrin əsas xüsusiyyəti ağrının dindirilən şəxsə psixoloji olaraq atributasiya edilməsidir. Uzun müddət son dərəcə narahat vəziyyətdə olan şüuraltı səviyyədə dindirilən şəxs özündə ağrı və diskomfort hiss edir ki, bu da sinir sistemində daxili psixoloji konfliktə gətirib çıxarır . Digər amillərlə (ağır saxlanma şəraiti, psixoloji təzyiq, yuxusuzluq və s.) bu, dindirmə prosedurları zamanı müqavimət göstərmək istəyini minimum səylə boğmağa imkan verir. Bu işgəncə növünə xas olan uzunmüddətli nəticələr arasında: damar trombozu, pulmoner emboliyaya səbəb ola bilər periferik sinir sisteminin pozğunluqları, sinir hissiyyatının itirilməsinə və motorika problemlərinə səbəb ola bilər . İstintaq altında olan şəxsin tam fiziki tükənməsi nəticəsində tarazlığın itirilməsi və yerə yıxılması nəticəsində alınan xəsarətlər əlavə təsir ola bilər .
Narahat olma, əzizim
Narahat olma, əzizim və ya Narahat olma, sevgilim (ing. Don't Worry Darling) — rejissor Oliviya Vayld tərəfindən çəkilmiş Amerika erotik psixoloji triller filmidir. Filmin ssenarisi Keri və Şeyn Van Deyk və Silbermanın hekayəsi əsasında Keti Silberman tərəfindən yazılmışdır. Filmdə baş rolları Florens Pyu və Harri Stayls canlandırmışdır. Köməkçi rollarda isə Uayld, Gemma Çan, KiKi Layn, Nik Kroll və Kris Payn iştirak etmişdirlər. Filmin premyerası 23 sentyabr 2022-ci ildə Warner Bros. tərəfindən edilmişdir. == Qısa süjet xətti == 1950-ci illərdə yaşayan bədbəxt bir evdar qadın onu daimi olaraq narahat edən bir həqiqəti kəşf edir, onu çox sevən həyat yoldaşı isə qaranlıq bir sirri ondan gizlədir. Sonda bu sirrin ifşa edilməsi onlardan birinin ölümü ilə nəticələnir.
Narahat adam (film, 2005)
Film SSRİ Xalq artisti, kinorejissor Əjdər İbrahimovun həyat və yaradıcılığı haqda bioqrafik süjetə malikdir. Filmdə əsas xətt olaraq, Ə.İbrahimovun xatirələrindən istifadə olunmuşdur və həmin xatirələr film boyu onun yaradıcılıq yolu ilə paralel olaraq diktor mətni ilə səsləndirilmişdir. Ə.İbrahimovun doğulduğu Aşqabad şəhərində keçirdiyi gənclik illəri, müharibədən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı dövr, Aşqabad və Bakı Kinostudiyalarında, daha sonra isə "Mosfilm" kinostudiyasındakı fəaliyyəti, Vyetnam kinosunun yaradılmasında əvəzolunmaz rolu, habelə onun insani keyfiyyətləri filmin süjet xəttini təşkil edir. Filmdə onun həyat yoldaşı, tələbəlik dostları, iş yoldaşları, görkəmli kino xadimləri Ə.İbrahimov haqda xatirələrini danışırlar. 1) 2006-cı ildə Filmə "Humay" mükafatı verilmişdir.
Sabaha ümidlə baxanlar (film, 1991)
Film Bakıdakı "Azərelektroştamp" zavodunun xalq təsərrüfatı üçün istehsal etdiyi müxtəlif növ cihazlardan söhbət açır. Kinolentdə aktyor və rejissor Şahmar Ələkbərovun və aktyor Yaşar Nurinin zavod kollektivi ilə görüşü də öz əksini tapmışdır. Rejissor: Rafiq Yüzbaşov, Ceyhun Mirzəyev Ssenari müəllifi: Teymur Bəkirzadə, Tatyana Bəkirzadə Operator: Azad Rzayev Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Sabaha hava haqqında məlumat (film, 1987)
Film Gürcüstanda təbii fəlakət baş verən zaman insan həyatlarını xilas edərkən qəhrəmancasına həlak olmuş azərbaycanlı əsgər Rahib Məmmədov haqqındadır.