Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamila Kabello
Kamila Kabello (3 mart 1997) — Kuba əsilli Amerikalı müğənni və aktrisadır. O, Fifth Harmony qrupunun üzvü olmuşdur və elə burada da şöhrətə qovuşmuşdur. == Həyatı və karyerası == İlk öncə Fifth Harmony qrupunda çıxış etmişdir. Machine Gun Kelly ilə birlikdə "Bad Things" adlı dueti "Amerika Billboard Hot 100" siyahısında 4-cü pilləyə qədər yüksəlmişdir. 2016-cı ildə Fifth Harmony qrupundan ayılaraq, fəaliyyətini solo olaraq davam etdirir və ilk solo sinqlı olan "Crying in the Club"-u təqdim edir. 2018-ci ildə təqdim etdiyi "Camila" albomu və bu albomdakı "Havana" mahnısı "US Billboaard 200"-də və bir çox ölkələrin hit paradların da birinci olmuşdur.. Hal-hazırda Şon Mendes ilə sevgilidir. == Şəxsi həyat == O, 2019-cu ilin iyulunda kanadalı müğənni Şon Mendes ilə görüşməyə başladı. Münasibət mübahisələrə səbəb oldu, çünki hər ikisi reklam üçün münasibət qurmağa cəhd etməkdə günahlandırılırdı, lakin Mendes bunun "mütləq reklam işi deyil" olduğunu təkid edirdi. Münasibət onların "Señorita" mahnısının buraxılmasından sonra təsdiqləndi.