Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamalçılıq
Atatürkçülük, kamalizm və ya kamalçılıq — dar mənada Mustafa Kamal Atatürkün düşüncələrini və fikirlərini dəstəkləmək və riayət etmək, geniş mənada isə imperialist dövlətlərin zəif və geri qalmış milləti bölmə və torpaqlarını bölüşdürmə istəyinə qarşı meydana çıxan, Atatürk milliyyətçiliyinə əsaslanan və hər hansı bir ictimai sinifdən dəstək almayan, müasir dövrlə ayaqlaşmayan və xurafatı yayan qurumların əvəzinə, elmi və müasir mədəniyyəti yayan qurumların təşkil olunmasını məqsəd qoyan, anti-imperialist ideologiya.
Neo-Osmançılıq
Yeni Osmançılıq və ya Neoosmançılıq – Türkiyənin Osmanlı İmperiyasının dini, mədəni və siyasi irsini sahiblənməsi lazım olduğunu müdafiə edən bir ideologiya. == Tarixi == 1974-cü ildə Türk ordusunun Kiprə getdiyi və üçdə birini nəzarət altına alması ilə Türklərin adaya hücumlarından sonra yunanların ortaya atdığı bir nəzəriyyədir. Yeni Osmanlıçılıqdan xüsusilə Türkiyə Respublikası köhnə baş naziri Əhməd Davudoğlunun xarici siyasətinə bağlı bir ad olaraq ortaya çıxmışdır. Davutoğlu, bu məsələ qarşı Yeni Osmanlıçılıq kimi bir siyasətinin olmadığını bildirdi. Lakin "Dərin Strateji Dərinlikdə" adlı kitabında Davudoğlu Yeni Osmanlılığı Turqut Özalın xarici siyasəti ilə əlaqələndirir və bunu diplomatik bir yenilik adlandırır. Buna görə Davudoğlu bu termini özü qəbul etdi . == Yeni Osmanlılıq addımları == Turgut Özal hökumətinin izlədiyi siyasət Yeni Osmanlılığın ilk addımları olaraq şərh edilə bilər. 2002-ci ildə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra bu fikir yenidən gündəmə gəlmiş, 2009-cu ildə, Türkiyənin xarici siyasətinin arxasında duran ən nüfuzlu şəxslərdən biri olan Yeni Osmançılığın müdafiəçilərindən biri olan Əhməd Davudoğlu, Türkiyənin xarici siyasətinin bu istiqamətdə gedəcəyi təəssüratı yaratdı. Əhməd Davudoğlu, İngiltərənin qurduğu Millətlər Birliyi təşkilatını nümunə göstərərək, Türkiyənin də Osmanlı Millətlər Birliyi qura biləcəyini açıqlamışdır. Bundan başqa Davudoğlu, 25 Aprel 2011-ci ildə Çanaqqalada "Bizdən qoparılan Dünya bizimlə təkrar birləşsin.